Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

fosil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
fosil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Şubat 2013 Pazar

Sardina

sardina
Sardina

Fosil adı: Sardina

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Sardina balıqları sürü halında, yazda orta, qışda dərin sularda yaşayan köçəri balıqlardır. Boyları ortalama 15 santimetr ən çox 20-22 santimetr olar. Bu balıqlar Qaradəniz, Mərmərə, Çanaqqala boğazı və Egeyin şimalında tez-tez görsənir. Şəkildə sürü şəklində yaşayan bu növün 95 milyon illik qalığı görülməkdədir. Eynilə Allah tərəfindən yaradılan digər canlılar kimi, bu canlı da yaradıldığı ilk gündən etibarən heç bir dəyişikliyə uğramadığından, təkamül nəzəriyyəsinə böyük zərbə endirmişdir.

8 Şubat 2013 Cuma

İlan ulduz

ilan ulduzu
İlan ulduzu


Fosil adı: İlan ulduzu

Dövr: Devon dövru

Yaş: 400-380 milyon il

Bölgə: Almaniya

İlan ulduzunun gövdəsi digər dəniz ulduzlarından fərqlidir. İlan ulduzunun incə qolları çiçəyi xatırladan kiçik bir gövdədən çıxmaqdadır və buna görə də digər dəniz ulduzlarından ayırt edilməkdədirlər. Təkamülçülərin iddia etdiyi kimi pilləli şəkildə təkamül müddətinin heç bir şəkildə yaşanmadığını sübut edən qalıqlardan biri də şəkildə görülən 400-380 milyon illik ilan ulduzu qalığıdır. İlan ulduzu 400 milyon il əvvəl də eynilə bu gün yaşayan canlı nümunəsi kimi ilan ulduzudur və ən kiçik bir dəyişikliyə uğramamışdır. Qalıqlar qarşısında ağır məğlubiyyətə uğrayan təkamül nəzəriyyəsinin etibarsızlığını məşhur təkamülçülərdən Norman Macbeth belə etiraf edir:

"Təəssüf ki, təkamül sahəsindəki şərhlərin çoxu yaxşı deyil. Doğrusu bunların şərh olaraq qiymətləndirilmələri belə çox çətindir. Təklif, ayanlıq və boş xəyallardır fərziyyə olaraq adlandırılmaları belə səhv olar." (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, s. 147)

Buynuzlu köpəkbalığı

buynuzlu köpəkbalığı
Buynuzlu köpəkbalığı


Fosil adı: Buynuzlu köpəkbalığı

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Buynuzlu köpəkbalığının indiki vaxtda yaşayan canlı nümunəsini araşdırdığımızda balığın uzun gövdəsində geniş çıxıntılar olduğu görülər. Balığın 95 milyon illik qalığına baxdığımızda da uzun gövdəsində mövcud olan çıxıntıların, baş və quyruq quruluşunun ən kiçik bir dəyişikliyə uğramadığı açıqca görülməkdədir. Buynuzlu köpəkbalığı dənizin dərinliklərində yaşayar, bəzən qarın üzgəclərini qayalara sürtər. Mağara və ya riflərdə ovlarına tələ qurarlar. Təxminən 1 metr boyları vardır. Şəkildəki 95 milyon illik buynuzlu köpəkbalığı qalığı da, Darvinistlərin sonunun çatdığınl bir dəfə daha vurğulamaqda, bütün canlıları Rəbbimizin yaratdığı gerçəyini isbat etməkdədir.

6 Şubat 2013 Çarşamba

Selakant


selakant
Şəkildə görülən fosil mənfi - müsbət görünüşlü cüt parçalı bir fosildir.
selakant
Selakant


Fosil adı: Selakant

Dövr: Trias dövrü

Yaş: 210 milyon il

Bölgə: Madaqaskar

Şəkildə 210 milyon illik qalığı görülən Selakant balığının indiki vaxtda yaşayan nümunəsinin tapılması təkamülçülərə çox böyük zərbə endirmişdir. "Canlıların sudan quruya keçidi" tezislərinə dəlil axtaran təkamülçü bioloqlar, Selakantların qalıqlarından istifadə edərək ağlasığmaz iddialar ortaya atdılar. Balıqda "ibtidai ağciyəri" (tam funksiya görməyən) olduğunu irəli sürdülər. Bu haqqda bir çox elmi qaynaqda bəhs olunur, hətta Selakantı dənizdən quruya çıxarkən göstərən şəkillər yayımlanırdı. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının, gövdəsindəki iki ədəd cüt üzgəci istifadə edərək dəniz döşəməsində getdiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz edirdi. Təkamülçülər bu iddialarına dayaq olaraq əllərində olan Selakant qalıqlarının üzgəclərindəki sümüklü strukturları göstərirdilər.

Ancaq 22 dekabr 1938-ci ildə Hind Okeanında edilən bir kəşf bu iddianı tamamilə çürütdü. 70 milyon il əvvəl soyu tükənmiş bir aralıq-keçid forması olaraq tanıdılan Selakant ailəsinin Latimeria növünə aid canlı okeanda ələ keçdi! Şübhəsiz Selakantın bir nümunəsinin tapılması təkamülçülər baxımından böyük bir şok idi. Üstəlik ən az 70 milyon il əvvəl nəslinin tükəndiyi düşünülən bu canlı növü üzərində edilən araşdırmalar Selakantların 400 milyon ildir heç bir dəyişikliyə uğramadıqlarını göstərirdi. İrəliləyən illərdə (başda 1939-cu ildə Chalumna çayında və Madaqaskar sahillərində, 1952 və 1953-cü illərdə Komor Adalarında olmaq üzrə) başqa bölgələrdə də təkamülçülərin "nəsili tükənmiş" dedikləri 200 dən çox Selakant tutuldu.

Bu balıqların tutulmasıyla birlikdə təkamülçü elm adamlarının o günə qədər xəyali şərhlər etməkdə nə qədər irəli gedə biləcəkləri də aydın olmuş oldu. Selakantlar nə ibtidai ağciyərə, nə də böyük bir beynə sahib idilər. Təkamülçü araşdırmaçıların "ibtidai ağciyər" olduğunu düşündükləri quruluş balığın bədənində olan bir yağ kisəsindən başqa bir şey deyildi. Ayrıca iddia edilənin əksinə balıq böyük həcmdə bir beynə də sahib deyildi balığın böyük bir kəllə sümüyü vardı amma buna baxmayaraq kiçik bir beyni vardı. Beləcə balıqlar və amfibiyalar arasındakı tək ciddi sayıla biləcək aralıq növ iddiası da "etibarsız" hala gəldi.

Bunun üzərinə Selakantın təkamülçü yayımlardakı məşhurluğu bir anda yox oldu. Fransis Hikin (Francis Hitching) bu vəziyyəti belə açıqlayır:
 "Əvvəlki formalarından heç bir fərqi olmayan təbii dəniz mühitinə tam adaptasiya olmuş və quruya çıxmağa heç meyl göstərməyən bir neçə Selakant ələ keçərilincə bu növ dərhal aralıq-keçid forması olaraq göstərildiyi dərs kitablarından çıxarıldı." (Jacques Millot, "The Selakant", The Scientific American, dekabr 1955, tiraj 193, s. 39)

Təkamülçülərin səyləri boşunadır. Bütün dəlillər təkamülü yalanlamaqda və Yaradılışın bir gerçək olduğunu göstərməkdədir. Bir ayədə Allah belə buyurmaqdadır:

De: "Haqq gəldi, batil yox olub getdi. Həqiqətən də, batil yox olmağa məhkumdur!" (İsra surəsi, 81)

4 Şubat 2013 Pazartesi

Sümüklü durna balığı

sümüklü durna balığı
Sümüklü durna balığı

Fosil adı : Sümüklü durna balığı

Dövr:  Yura dövrü

Yaş: 152 milyon il

Bölgə: Regensburg, Almaniya

Sümüklü durna balığı uzun incə konus formalı, güclü dişlərlə bəzənmiş uzun və dimdik formalı bir çənəyə malikdir. Bu canlının Almaniyada olan 150 milyon illik qalığı ilə indiki vaxtda yaşayan nümunəsi müqayisə edildiyində xüsusi görünüşlü çənəsindən, sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə uğramadığı çox dəqiq bir şəkildə görülməkdədir. Sümüklü durna balıqları təkamülün etibarsızlığını gözlər önünə sərən saysız canlıdan biridir. Bilinən ən qədim nümunələri Yura dövründə (206 - 144 milyon il) yaşamış olan sümüklü durna balıqları milyonlarla ildir eyni qalmışlar.