Kalmar (Mürəkkəb balığı) |
148 milyon illik Kalmar digər yaradılmış canlılar kimi heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlmişdir. Bu da təkamülün heç bir zaman reallaşmadığının və bütün canlıları Uca Allahın yaratdığının açıq-aşkar dəlilidir. Onqollular dəstəsinə aid olan Kalmarın ağız bölgəsindən çıxan 10 qolu vardır. Kalmarlar son dərəcə həssas bir qoxu və dad alma duyğusuna və gözlərə sahibdirlər. Gözləri o qədər qüvvətlidir ki tam 70 milyon hüceyrəylə etdikləri görmə əməliyyatı nəticəsində, arxalarından gələn bir təhlükəni belə dərhal hiss edə bilər və çox ardıcıl hərəkətlər edərək özlərini qoruya bilərlər. Allah bu balıqda mükəmməl bir müdafiə etmə sistemi yaratmışdır. Hücuma uğradığında mürəkkəb kisəsindən tünd rəngli bir maye püskürdən Kalmar, düşmənini bu şəkildə aldadaraq cəld bir şəkildə təhlükədən uzaqlaşa bilər.