|
Şəkildə görülən fosil mənfi - müsbət görünüşlü cüt parçalı bir fosildir. |
|
Selakant |
Fosil adı: Selakant
Dövr: Trias
dövrü
Yaş: 210
milyon il
Bölgə: Madaqaskar
Şəkildə 210 milyon illik qalığı görülən
Selakant balığının indiki vaxtda yaşayan nümunəsinin tapılması təkamülçülərə
çox böyük zərbə endirmişdir. "Canlıların sudan quruya keçidi"
tezislərinə dəlil axtaran təkamülçü bioloqlar, Selakantların qalıqlarından istifadə
edərək ağlasığmaz iddialar ortaya atdılar. Balıqda "ibtidai
ağciyəri" (tam funksiya görməyən) olduğunu irəli sürdülər. Bu haqqda bir
çox elmi qaynaqda bəhs olunur, hətta Selakantı dənizdən quruya çıxarkən
göstərən şəkillər yayımlanırdı. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu
canlının, gövdəsindəki iki ədəd cüt üzgəci istifadə edərək dəniz döşəməsində
getdiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz
edirdi. Təkamülçülər bu iddialarına dayaq olaraq əllərində olan Selakant
qalıqlarının üzgəclərindəki sümüklü strukturları göstərirdilər.
Ancaq 22 dekabr 1938-ci ildə Hind
Okeanında edilən bir kəşf bu iddianı tamamilə çürütdü. 70 milyon il əvvəl soyu
tükənmiş bir aralıq-keçid forması olaraq tanıdılan Selakant ailəsinin Latimeria
növünə aid canlı okeanda ələ keçdi! Şübhəsiz Selakantın bir nümunəsinin
tapılması təkamülçülər baxımından böyük bir şok idi. Üstəlik ən az 70 milyon il
əvvəl nəslinin tükəndiyi düşünülən bu canlı növü üzərində edilən
araşdırmalar Selakantların 400 milyon ildir heç bir dəyişikliyə uğramadıqlarını
göstərirdi. İrəliləyən illərdə (başda 1939-cu ildə Chalumna çayında
və Madaqaskar sahillərində, 1952 və 1953-cü illərdə Komor Adalarında olmaq
üzrə) başqa bölgələrdə də təkamülçülərin "nəsili tükənmiş" dedikləri
200 dən çox Selakant tutuldu.
Bu balıqların tutulmasıyla birlikdə
təkamülçü elm adamlarının o günə qədər xəyali şərhlər etməkdə nə qədər irəli
gedə biləcəkləri də aydın olmuş oldu. Selakantlar nə ibtidai ağciyərə,
nə də böyük bir beynə sahib idilər. Təkamülçü araşdırmaçıların "ibtidai ağciyər" olduğunu düşündükləri quruluş balığın
bədənində olan bir yağ kisəsindən başqa bir şey deyildi. Ayrıca iddia edilənin əksinə balıq
böyük həcmdə bir beynə də sahib deyildi balığın böyük bir kəllə sümüyü vardı
amma buna baxmayaraq kiçik bir beyni vardı. Beləcə balıqlar və amfibiyalar
arasındakı tək ciddi sayıla biləcək aralıq növ iddiası da "etibarsız"
hala gəldi.
Bunun üzərinə Selakantın təkamülçü yayımlardakı məşhurluğu
bir anda yox oldu. Fransis Hikin (Francis Hitching) bu vəziyyəti belə
açıqlayır:
"Əvvəlki formalarından heç
bir fərqi olmayan təbii dəniz mühitinə tam adaptasiya olmuş və quruya
çıxmağa heç meyl göstərməyən bir neçə Selakant ələ keçərilincə bu növ dərhal
aralıq-keçid forması olaraq göstərildiyi dərs kitablarından çıxarıldı."
(Jacques Millot, "The Selakant", The Scientific American, dekabr
1955, tiraj 193, s. 39)
Təkamülçülərin səyləri boşunadır.
Bütün dəlillər təkamülü yalanlamaqda və Yaradılışın bir gerçək olduğunu
göstərməkdədir. Bir ayədə Allah belə buyurmaqdadır:
De: "Haqq
gəldi, batil yox olub getdi. Həqiqətən də, batil yox olmağa
məhkumdur!" (İsra surəsi, 81)