Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

16 Şubat 2013 Cumartesi

Trilobit

trilobit
Trilobit

Fosil adı: Trilobit

Dövr: Devon dövrü

Yaş: 417 - 354 milyon il

Bölgə: Mərakeş

Trilobitin gövdəsi bir-birlərinə bağlanmış oynaqlardan meydana gələr. Hər biri digərinə öndən və arxadan kiçik həncama (rəzə) formalı bağlarla bağlanmışdır. Bu kənardan baxıldıqda bir qatar görünüşü meydana gətirməkdədir. Arxa tərəfləri dənizin dibində oturaq vəziyyətdə olsa da bu canlılar, xüsusi oynaqlar sayəsində qıvrılaraq yuxarı doğru qalxa bilərlər. Trilobit, relslərə ehtiyacı olmayan bir qatar kimi maneələr üzərində hərəkət edə bilər, bükülə bilər, dilədiyi tərəfə dönə bilər. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)

Trilobit bu dövrdə ağcaqanadların və cırcıramaların pətək gözlərinin quruluşuna malikdir. Lupaların sayı, bəzi trilobitlərdə minlərlədir. Hər bir lupa, fokuslandığı bölgənin görünüşünü qəbul edər. Lupa sayı nə qədər çox isə, görünüşün dəqiqliyi də o qədər yaxşıdır. Dövrümüzdən yarım milyard il əvvələ aid mükəmməl trilobit gözləri bir yaradılış möcüzəsidir.

Trilobitin gözündəki ən əhəmiyyətli xüsusiyyətlərdən biri, "kalsit kristalları"dır. Kalsit kristalı yəni kalsium karbonat, piramidaların, amfitiyatrların və günümüzə qədər çatmış tarixi sütunların təməl daşıdır və bu canlıda pətək gözləri meydana gətirmişdir. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)

14 Şubat 2013 Perşembe

Omar

omar
Omar

Fosil adı: Omar

Dövr: Karbon dövrü

Yaş: 300 milyon il

Bölgə: İllinoys, ABŞ

Qalıq qeydləri son dərəcə zəngindir və canlılığın mənşəyini anlamaq üçün yetərli saydadır.  Qalıqları araşdırdığımızda fərqli canlı növlərinin aralarında xəyali təkamüllü "keçid formaları" olmadan, yer üzündə bir anda və fərqli strukturlarıyla ayrı-ayrı ortaya çıxdıqlarınl görərik.  Bu da bütün canlıları Uca Allahın yaratdığının dəlillərindən biridir. Yaradılışın açıq bir gerçək olduğunu göstərən qalıqlardan biri də şəkildə görülən tam 300 milyon illik xərçəng qalığıdır. Yengəc, krevet və xərçəng kimi Onayaqlılar (Decapoda) dəstəsindən olan omar bədəninin detalları 300 milyon illik qalığında da çox dəqiq bir şəkildə görülməkdədir. Bu canlı da digər canlılar kimi yaradıldığı ilk gündən bu yana eyni qalmış, ən kiçik bir dəyişikliyə belə uğramamışdır. 

12 Şubat 2013 Salı

Balta balığı

Balta balığı
Balta balığı


Fosil adı: Balta Balığı

Dövr: Oliqosen dövrü

Yaş: 37 - 23 milyon il

Bölgə: Çexiya Respublikası

Gümüş rəngli, baltanı xatırladan bu parlaq və kiçik balıqların digər bir çox dərin dəniz balığı kimi, qarınlarının alt qisimində işıq çıxaran orqanları vardır.  Bu balıqlar bədənlərinin altında göy rəngə çalan işıq ifraz eliyə bilən 100 qədər işıq orqanına sahibdirlər. Bu mükəmməl yaradılışla milyonlarla ildir dənizlərdə yaşayan balta balığı başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişdir. Şəkildə gördüyünüz 37-23 milyon illik oliqosen dövrünə aid balta balığı qalığı Çexiya Respublikasında tapılmışdır və indiki vaxtda yaşayan nümunəsiylə tamamilə eynidir.

Pələng Köpəkbalığı

Pələng Köpəkbalığı
95 milyon yaşındakı Pələng Köpəkbalığı qalığı

Pələng Köpəkbalığı
Pələng Köpəkbalığı

Fosil adı: Pələng Köpəkbalığı

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Pələng Köpəkbalıqlarının gövdəli və silindr şəklində bir görünüşləri vardır və bu canlı təxminən 3.5 metr uzunluğundadır. Tək başına yaşayır və bir çox dəniz heyvanını ovlayır. Hətta digər köpəkbalığı cinslərinə belə hücum edə bilir. Pələng Köpəkbalığı adını, kürəyindəki tünd rəngli lentlərindən götürmüşdür, yaşlandıqca kürəyindəki bu lentlər itər. Bu canlının 95 milyon illik qalığına baxıldığında silindr şəklindəki kəllə ilə üzgəc detalları və skelet quruluşu çox dəqiq bir şəkildə görülməkdədir. Pələng Köpəkbalığı qalıqlarının da isbat etdiyi kimi canlılar təkamül keçirməmişdir. Bütün canlıları Allah yaratmışdır.

Yaşayan qalıqlar, günümüzdəki nümunələriylə aralarında fərqlilik yoxdur, bu səbəbdən növlərin milyonlarla il boyunca heç bir təkamül keçirmədiyi gerçəyinə işıq tutan dəlillərdir. Bu cəhətləri ilə təkamül nəzəriyyəsinə ağır bir zərbə vurmuşdur.

Bilindiyi kimi təkamül nəzəriyyəsi "ancaq dəyişən ətraf mühitə uyğunlaşa bilən canlıların həyatda qalacağını, xəyali bir sıra təsadüfi dəyişmələrin təsiriylə canlıların bu müddətdə başqa canlılara təkamülləşəcəyini" iddia etməkdədir. Yaşayan qalıqlar isə nəzəriyyənin "növlərin zaman içində dəyişən şərtlərə görə dəyişiklik keçirəcəyi" iddiasının əsassız bir hekayədən ibarət olduğunu ortaya qoymaqdadır. Tarixdə yüz milyonlarla il qədimə uzanan, çox qədimdə yaşayan qalıq nümunələri mövcuddur. Təxminən 400 milyon illik olduğu halda heç bir dəyişiklik izi ortaya qoymayan köpək balığı və təkamülçülərin soyu tükənmiş bir aralıq-keçid canlısı olaraq ortaya atdıqları amma indiki vaxtda hələ də yaşayan bir dib balığı olduğu aydın olan Selakant kimi canlıların qalıqları təkamül nəzəriyyəsinin dəyişmə ssenarisini yalanlayan çox təəccüblü bir vəziyyət yaratmışdır.

11 Şubat 2013 Pazartesi

Günəş mərcanı

Günəş mərcanı

Fosil adı: Günəş mərcanı

Dövr: Devon dövrü

Yaş: 350 milyon il

Bölgə: Atlas Dağları, Fas

Nobel mükafatlı məşhur təkamülçü Dr. Robert Milikan təkamül nəzəriyyəsinin etibarsızlığını belə etiraf etməkdədir:

"Bu çox kədərlidir: Biz elm adamları bu ana qədər heç bir elm adamının sübut edə bilmədiyi təkamülü sübut etməyə çalışırıq." (Vital topics, David B. Loughran, Aprel 1996, Stewarton Bible School, Stewarton, Scotland)

Həqiqətən də XXI əsrdə inkişaf edən fosil elmi və paleontologiya, təkamül nəzəriyyəsini tam mənasıyla çürüdüb və canlıların pilləli olaraq bir-birlərindən törəmədiklərini ortaya qoymuşdur. 150 milyon il əvvəl bir xərçəng, səkkizayaqlı ilbiz, mürəkkəb balığı və bunun kimi milyonlarla növ necə bir görünüşə sahibdirsə bu gün də eyni görünüşə malikdir. Şəkildə görülən mərcan da aradan 350 milyon il keçməsinə baxmayaraq heç dəyişməmişdir.


Mərcanların yumşaq mərcanlar, buynuzlu mərcanlar, tikanlı mərcanlar, gerçək mərcanlar kimi növləri vardır. Anemonlar da bu sinifdəndir. Polip bədənli bu canlıların mineral maddələrindən qarışmış buynuzlu skeletlərinə də mərcan deyilir. Mərcan skeletlərinin minlərlə il boyunca müəyyən bir bölgədə toplanması nəticəsində də, mərcan qayalıqları meydana gəlir. Son dərəcə estetik görünüşlü bu canlı Allahın sənətini əks etdirməkdədir.

İkitaylı molyusk (bivalve)

İkitaylı molyusk (bivalve)
İkitaylı molyusk (bivalve)

Fosil adı: İkitaylı molyusk (bivalve)

Dövr: Yura dövrü

Yaş: 206-144 milyon il

Bölgə: Majunga Hövzəsi, Madaqaskar

Madaqaskar adasında olan 144 milyon illik molyusk qalığına baxıldığında bu canlının bu gün yaşayan canlı nümunəsiylə tamamilə eyni olduğu açıqca görülməkdədir.

Molyuskun səthindəki ən incə detallar və eninə xəttlər belə qalıqda müşahidə edilə bilməkdədir. Gördüyünüz kimi aradan 144 milyon il keçməsinə baxmayaraq canlıda ən kiçik bir dəyişiklik reallaşmamış, canlı təkamül keçirib başqa bir canlıya çevrilməmişdir.

Somon balığı

somon balığı
Somon balığı

Fosil adı: Somon balığı

Dövr: Təbaşir dövrü

Yaş: 110 milyon il

Bölgə: Braziliya

Şəkildə 110 milyon illik təbaşir dövrünə aid Braziliyada olan somon balığı qalığı görülməkdədir. Paleontologiya elmi milyonlarla il əvvəl yaşayan canlılarla bu gün yaşayan canlı nümunələrinin heç bir dəyişiklik keçirmədiklərini elm dünyasına isbat etmişdir. Yaradılışı isbat edən milyonlarla qalıq artıq elm adamlarının təkamül nəzəriyyəsini müdafiə etmələrini mümkünsüz hala gətirmişdir. Somon balıqları Allah tərəfindən çox xüsusi yaradılmış balıqlardır. Somon növləri yumurtadan çıxar-çıxmaz dənizə doğru hərəkət etməyə başlayır. İt somonları bir neçə həftə bəsləndikdən sonra, Kral və Atlantik somonları isə axar sularda 1 3 il arasında dəyişən inkişaf müddətlərini tamamladıqdan sonra dənizə çıxarlar.

Gənc somon balıqları həyatlarının ilk köçlərində içində olduqları çayda axıntı boyunca irəliləyər; dənizə doğru etdikləri bu səfərdə şəlalələr, çirkli sular və özlərini ovlamaq istəyən böyük balıqlar kimi müxtəlif təhlükələrlə qarşı-qarşıya gəlirlər. Bunları sovuşdurub dənizə çatanlar köçlərini tamamlamış olarlar. Dənizlərdə bir neçə il keçirdikdən sonra yaxşıca inkişaf edib kürü tökmə dövrünə çatanlar heyrət verici yeni bir köçə başlayar. Bu səfərdə ağıllara durğunluq verən ilk gerçək; balığın gedəcəyi yolun uzunluğudur. Açıq dənizlərdə üzən somonların məqsədlərinə çatmaları üçün minlərlə kilometr üzmələri lazımdır. Məsələn, bir it somon balığı payızdakı yumurtlama dövründə, Yukon Çayı boyunca 3.200 kilometrdən çox üzər. Somonlar da digər bütün canlılar kimi Allahdan aldıqları ilhamla hərəkət edərlər və Onun yaradışındakı ehtişamı gözlər önünə sərərlər.

10 Şubat 2013 Pazar

Sardina

sardina
Sardina

Fosil adı: Sardina

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Sardina balıqları sürü halında, yazda orta, qışda dərin sularda yaşayan köçəri balıqlardır. Boyları ortalama 15 santimetr ən çox 20-22 santimetr olar. Bu balıqlar Qaradəniz, Mərmərə, Çanaqqala boğazı və Egeyin şimalında tez-tez görsənir. Şəkildə sürü şəklində yaşayan bu növün 95 milyon illik qalığı görülməkdədir. Eynilə Allah tərəfindən yaradılan digər canlılar kimi, bu canlı da yaradıldığı ilk gündən etibarən heç bir dəyişikliyə uğramadığından, təkamül nəzəriyyəsinə böyük zərbə endirmişdir.

8 Şubat 2013 Cuma

İlan ulduz

ilan ulduzu
İlan ulduzu


Fosil adı: İlan ulduzu

Dövr: Devon dövru

Yaş: 400-380 milyon il

Bölgə: Almaniya

İlan ulduzunun gövdəsi digər dəniz ulduzlarından fərqlidir. İlan ulduzunun incə qolları çiçəyi xatırladan kiçik bir gövdədən çıxmaqdadır və buna görə də digər dəniz ulduzlarından ayırt edilməkdədirlər. Təkamülçülərin iddia etdiyi kimi pilləli şəkildə təkamül müddətinin heç bir şəkildə yaşanmadığını sübut edən qalıqlardan biri də şəkildə görülən 400-380 milyon illik ilan ulduzu qalığıdır. İlan ulduzu 400 milyon il əvvəl də eynilə bu gün yaşayan canlı nümunəsi kimi ilan ulduzudur və ən kiçik bir dəyişikliyə uğramamışdır. Qalıqlar qarşısında ağır məğlubiyyətə uğrayan təkamül nəzəriyyəsinin etibarsızlığını məşhur təkamülçülərdən Norman Macbeth belə etiraf edir:

"Təəssüf ki, təkamül sahəsindəki şərhlərin çoxu yaxşı deyil. Doğrusu bunların şərh olaraq qiymətləndirilmələri belə çox çətindir. Təklif, ayanlıq və boş xəyallardır fərziyyə olaraq adlandırılmaları belə səhv olar." (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, s. 147)

Buynuzlu köpəkbalığı

buynuzlu köpəkbalığı
Buynuzlu köpəkbalığı


Fosil adı: Buynuzlu köpəkbalığı

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Buynuzlu köpəkbalığının indiki vaxtda yaşayan canlı nümunəsini araşdırdığımızda balığın uzun gövdəsində geniş çıxıntılar olduğu görülər. Balığın 95 milyon illik qalığına baxdığımızda da uzun gövdəsində mövcud olan çıxıntıların, baş və quyruq quruluşunun ən kiçik bir dəyişikliyə uğramadığı açıqca görülməkdədir. Buynuzlu köpəkbalığı dənizin dərinliklərində yaşayar, bəzən qarın üzgəclərini qayalara sürtər. Mağara və ya riflərdə ovlarına tələ qurarlar. Təxminən 1 metr boyları vardır. Şəkildəki 95 milyon illik buynuzlu köpəkbalığı qalığı da, Darvinistlərin sonunun çatdığınl bir dəfə daha vurğulamaqda, bütün canlıları Rəbbimizin yaratdığı gerçəyini isbat etməkdədir.

6 Şubat 2013 Çarşamba

Selakant


selakant
Şəkildə görülən fosil mənfi - müsbət görünüşlü cüt parçalı bir fosildir.
selakant
Selakant


Fosil adı: Selakant

Dövr: Trias dövrü

Yaş: 210 milyon il

Bölgə: Madaqaskar

Şəkildə 210 milyon illik qalığı görülən Selakant balığının indiki vaxtda yaşayan nümunəsinin tapılması təkamülçülərə çox böyük zərbə endirmişdir. "Canlıların sudan quruya keçidi" tezislərinə dəlil axtaran təkamülçü bioloqlar, Selakantların qalıqlarından istifadə edərək ağlasığmaz iddialar ortaya atdılar. Balıqda "ibtidai ağciyəri" (tam funksiya görməyən) olduğunu irəli sürdülər. Bu haqqda bir çox elmi qaynaqda bəhs olunur, hətta Selakantı dənizdən quruya çıxarkən göstərən şəkillər yayımlanırdı. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının, gövdəsindəki iki ədəd cüt üzgəci istifadə edərək dəniz döşəməsində getdiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz edirdi. Təkamülçülər bu iddialarına dayaq olaraq əllərində olan Selakant qalıqlarının üzgəclərindəki sümüklü strukturları göstərirdilər.

Ancaq 22 dekabr 1938-ci ildə Hind Okeanında edilən bir kəşf bu iddianı tamamilə çürütdü. 70 milyon il əvvəl soyu tükənmiş bir aralıq-keçid forması olaraq tanıdılan Selakant ailəsinin Latimeria növünə aid canlı okeanda ələ keçdi! Şübhəsiz Selakantın bir nümunəsinin tapılması təkamülçülər baxımından böyük bir şok idi. Üstəlik ən az 70 milyon il əvvəl nəslinin tükəndiyi düşünülən bu canlı növü üzərində edilən araşdırmalar Selakantların 400 milyon ildir heç bir dəyişikliyə uğramadıqlarını göstərirdi. İrəliləyən illərdə (başda 1939-cu ildə Chalumna çayında və Madaqaskar sahillərində, 1952 və 1953-cü illərdə Komor Adalarında olmaq üzrə) başqa bölgələrdə də təkamülçülərin "nəsili tükənmiş" dedikləri 200 dən çox Selakant tutuldu.

Bu balıqların tutulmasıyla birlikdə təkamülçü elm adamlarının o günə qədər xəyali şərhlər etməkdə nə qədər irəli gedə biləcəkləri də aydın olmuş oldu. Selakantlar nə ibtidai ağciyərə, nə də böyük bir beynə sahib idilər. Təkamülçü araşdırmaçıların "ibtidai ağciyər" olduğunu düşündükləri quruluş balığın bədənində olan bir yağ kisəsindən başqa bir şey deyildi. Ayrıca iddia edilənin əksinə balıq böyük həcmdə bir beynə də sahib deyildi balığın böyük bir kəllə sümüyü vardı amma buna baxmayaraq kiçik bir beyni vardı. Beləcə balıqlar və amfibiyalar arasındakı tək ciddi sayıla biləcək aralıq növ iddiası da "etibarsız" hala gəldi.

Bunun üzərinə Selakantın təkamülçü yayımlardakı məşhurluğu bir anda yox oldu. Fransis Hikin (Francis Hitching) bu vəziyyəti belə açıqlayır:
 "Əvvəlki formalarından heç bir fərqi olmayan təbii dəniz mühitinə tam adaptasiya olmuş və quruya çıxmağa heç meyl göstərməyən bir neçə Selakant ələ keçərilincə bu növ dərhal aralıq-keçid forması olaraq göstərildiyi dərs kitablarından çıxarıldı." (Jacques Millot, "The Selakant", The Scientific American, dekabr 1955, tiraj 193, s. 39)

Təkamülçülərin səyləri boşunadır. Bütün dəlillər təkamülü yalanlamaqda və Yaradılışın bir gerçək olduğunu göstərməkdədir. Bir ayədə Allah belə buyurmaqdadır:

De: "Haqq gəldi, batil yox olub getdi. Həqiqətən də, batil yox olmağa məhkumdur!" (İsra surəsi, 81)

4 Şubat 2013 Pazartesi

Mərcan

mərcan
Mərcan


Fosil adıMərcan

Dövr: Yura dövrü

Yaş: 150 milyon il

Bölgə: Almaniya

Mərcanlar dənizin dərinliklərində yaşayan onurğasız canlılardır. Yumşaq mərcanlar, boynuzsu mərcanlar, tikanlı mərcanlar kimi növləri vardır. Mərcan quruyub bərkiyərək daş kimi bir quruluşa sahib olar, dənizin dibində isə sanki bitki kimidir. Mərcanlar dənizin diblərində rəngarəng çiçək bağçalarını xatırladarlar.
Şəkildə görülən 150 milyon illik mərcan qalığı bütün detallarıyla qorunacaq şəkildə qalıqlaşmışdır. İki şəkildə açıqca görüldüyü kimi qalıqlardakı mərcanlar, indiki vaxtda yaşayan nümunələriylə birə-bir eynidirlər. Bunun mənası isə, mərcanların aradan keçən 150 milyon ilə baxmayaraq heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.

Sümüklü durna balığı

sümüklü durna balığı
Sümüklü durna balığı

Fosil adı : Sümüklü durna balığı

Dövr:  Yura dövrü

Yaş: 152 milyon il

Bölgə: Regensburg, Almaniya

Sümüklü durna balığı uzun incə konus formalı, güclü dişlərlə bəzənmiş uzun və dimdik formalı bir çənəyə malikdir. Bu canlının Almaniyada olan 150 milyon illik qalığı ilə indiki vaxtda yaşayan nümunəsi müqayisə edildiyində xüsusi görünüşlü çənəsindən, sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə uğramadığı çox dəqiq bir şəkildə görülməkdədir. Sümüklü durna balıqları təkamülün etibarsızlığını gözlər önünə sərən saysız canlıdan biridir. Bilinən ən qədim nümunələri Yura dövründə (206 - 144 milyon il) yaşamış olan sümüklü durna balıqları milyonlarla ildir eyni qalmışlar.

Kalmar (Mürəkkəb balığı)

kalmar (mürəkkəb balığı)
Kalmar (Mürəkkəb balığı)

Fosil adı: Kalmar (Mürəkkəb balığı)

Dövr: Yura dövrü

Yaş: 148 milyon il

Bölgə: Solnhofen, Almaniya

148 milyon illik Kalmar digər yaradılmış canlılar kimi heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlmişdir. Bu da təkamülün heç bir zaman reallaşmadığının və bütün canlıları Uca Allahın yaratdığının açıq-aşkar dəlilidir. Onqollular dəstəsinə aid olan Kalmarın ağız bölgəsindən çıxan 10 qolu vardır. Kalmarlar son dərəcə həssas bir qoxu və dad alma duyğusuna və gözlərə sahibdirlər. Gözləri o qədər qüvvətlidir ki tam 70 milyon hüceyrəylə etdikləri görmə əməliyyatı nəticəsində, arxalarından gələn bir təhlükəni belə dərhal hiss edə bilər və çox ardıcıl hərəkətlər edərək özlərini qoruya bilərlər. Allah bu balıqda mükəmməl bir müdafiə etmə sistemi yaratmışdır. Hücuma uğradığında mürəkkəb kisəsindən tünd rəngli bir maye püskürdən Kalmar, düşmənini bu şəkildə aldadaraq cəld bir şəkildə təhlükədən uzaqlaşa bilər.

3 Şubat 2013 Pazar

Meduza

meduza

Meduza

500 milyon il əvvələ aid olan və bu canlıların heç dəyişmədən günümüzə qədər çatdığını sübut edən bu Meduza qalığı, təkamülün etibarsızlığını göstərən yüz milyonlarca qalıqdan yalnız biridir.

Fosil adı: Meduza

Dövr: Kambri dövrü

Yaş: 500 milyon il

Bölgə: Visconsin, ABŞ

Şəkildə görülən 500 milyon illik Meduza qalığının günümüzə qədər gəlməsi sanki bir möcüzədir. Çünki dənizin altında yaşayan bu canlının balıqlar kimi bir skeleti yoxdur, tamamilə jeleyəbənzər bir quruluşa malikdir. Normal şərtlərdə bu heyvanın günümüzə qədər gələn bir qalığının qalmaması lazımdır. Ancaq Allah, təkamülçülərin iddialarını etibarsız etmək üçün bu canlının da qalıqlaşmasını təmin etmiş və 500 milyon il əvvəlindən günümüzə bir dəlil təqdim etmişdir.
Meduzaların ürəkləri, beyinləri, sümükləri, pulcuqları və gözləri yoxdur. Sinir sistemləri sinir şəbəkəsi formasında şəkillənmişdir. Meduzaların bəzi növləri zəhərlidir. Zəhərsiz olanlarda da müdafiə olunma məqsədiylə istifadə edilən biolüminesensiya deyilən, kimyəvi bir reaksiya nəticəsində meydana gələn işığı yayma xüsusiyyəti vardır. Meduzalar da eynilə digər canlılar kimi Allahın möhtəşəm yaratma sənətinin bir təcəllisidir.

Dəniz pişiyi

dəniz pişiyi
Dəniz pişiyi

Fosil adı: Dəniz pişiyi

Dövr: Eosen dövrü


Yaş: 50 milyon il


Bölgə: Qrin-River, Vayominq, ABŞ


Şəkildə gördüyünüz 50 milyon illik Dəniz pişiyi bu dövrə qədər heç bir dəyişikliyə uğramamışdır. Bu balıq eynilə yaradılan digər milyonlarla balıq kimi təkamül keçirməmişdir. Təkamülçülərin iddia etdiyi sudan quruya keçid də heç bir zaman reallaşmamışdır. Digər canlılar kimi bu Dəniz pişiyi balığı da 50 milyon il əvvəlki görünüşü və şəkliylə hələ də yaşamaqdadır.