DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR: KOMMUNİZM,
FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.
Darvinizm, kommunizm,
materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm
insanları heyvan olaraq gördüyü üçün, bu anlayışı qavrayan, mənimsəyən
insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa
yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və
şərəfdən, mərhmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin
etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb
olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara,
müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb
olublar. Darvinizm, bütün dünyaya, kommunizmi, faşizmi, müharibələri və terror
bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin
bələdçisi darvinizmdir.
Darvinizm, Kommunizm və Terror bir-birindən
ayrılmazdır
Türkiyə dövlətinin
bölünməz bütünlüyünü hədəfləyən ən təhlükəli təhdid olan separatçı terror,
birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu
ideologiya, əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir,
insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü
kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar, öz ideologiyalarını və
törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə
kommunizmin əlaqəsini bu şəkildə bildirmişdi:
"Darvinin əsəri
böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən
əsasını formalaşdırır." (Marks Engels Mektublar, cild 2, s.126)
Lenin isə belə deyib:
"Marksın nəzəriyyəsi təkamül nəzəriyyəsinin, ən düşünülmüş, ən tutarlı,
tam mənası ilə müasir kapitalizmə tətbiqidir." (Robert M. Young, Darwinian
Evolution and Human History)
Karl Marks, Darvinin Növlərin Mənşəyi kitabına
olan heyranlığını bu sözlərlə ifadə etmişdir:
"BİZİM
FİKİRLƏRİMİZİN TƏBİİ TARİXİ ƏSASINI TƏŞKİL EDƏN KİTAB (DarvininNövlərin Mənşəyi
kitabı) BUDUR." (Marks və Engels, Məktublar, s. 426)
Kütləvi qətllər törədən
qanlı Çin kommunizminin diktatoru Mao əsaslandığı azğın ideologiyanı açıq
şəkildə ifadə etmişdir:
"ÇİN SOSİALİZMİNİN
ƏSASINİ DARVİNDƏN VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİNDƏN GÖTÜRÜR" (K.Mehnert, Kampf um
Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977)
Stalinin isə sözləri
belədir:
“Gənc nəsillərə … üç
şeyi öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və DARVİNİN TƏLİMLƏRİNİ”
(Kent Hovind, The False Religion of Evolution,
http://www.royalse.com/scroll/evolve/ndxng.html)
Terror, Darvinizmə
əsaslanan separatçı ideologiyaların öz hədəflərinə çatmaq üçün istifadə
etdikləri təsirli üsuldur. Kommunist liderlər terroru əvəzolunmaz bir
silah kimi dostlarına məsləhət görürdülər. Separatçı terror təşkilatının
istifadə etdiyi bütün yollar öz istiqamətini kommunist ideoloq və liderlərin
tövsiyələrindən götürmüşdür. Bu liderlərdən biri olan Leninin də diqqət çəkici
terror təlimatları vardır:
"Polisləri,
əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar
çıxarmaq... Dövlətin xəzinələrini talamaq...İnqilabçı kommunist qüvvələr
yenilməz silahlı güc kimi ortaya çıxmalıdır. İnsanları öldürmək, bombalamaq,
binaları partlatmaq və bu yolla qorxu yaratmaq, cəmiyyət üzərində kommunist
diktatorluğu qurmağın və iqtidarı ələ keçirməyin əhəmiyyətli
ünsürlərindəndir." ("Vladimir Lenin, Teorik ve Pratik Terör
Hakkında", Homizuri G.P., Moskova 2005)
Darvinizmlə qidalanan
PKK terror təşkilatı ən böyük bəlalardan biridir. Uşaq qatili olan Abdulla
Öcalan Darvinin azğın təlimlərinə qarşı duyduğu heyranlığını belə ifadə edir:
“Ümumiyyətlə insan
olmayan bütün canlı varlıqlarda davam edən təkamül, insan cəmiyyətində qavrama
və özünüifadə ilə şüurlu şəkildə davam edir. İnsan növünün Homo Sapienstipində
müasir dil quruluşuna yol açan qavrama müddətindəki sıçrama, iradəli cəmiyyətin
formalaşmasına sıçratma imkanı vermişdir. Vəhşi cəmiyyətin mövcud olduğu
mərhələdə insan qrupları bir növ inkişaf etmiş heyvan cəmiyyətinin səviyyəsində
yaşayırdı"
“PKK, Marksizm-Leninizm
prinsiplərinə uyğun bir inkişaf yolu keçmişdir. Məlumdur ki, bundan sonrası isə
ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras üzərində həyata keçəcək.”
Darvin Türklərin Yer Üzərindən Silinməsini Müdafiə
Edən Bir İrqçidir
Təkamül nəzəriyyəsini
ortaya atan Çarlz Darvin, canlıların və insanların inkişafını həyat uğrunda
mübarizə anlayışı ilə əsaslandırmışdır. Ona görə təbiətdə daima yaşamaq uğrunda
vəhşi mübarizə və daimi bir qarşıdurma vardır. Darvin, qarşıdurmanın insan irqləri
arasında da labüd olduğunu bildirib. Bu qarşıdurma nəticəsində aşağı irqlərin
sıradan çıxdığını və bu yolla mədəniyyətin inkişaf etdiyini iddia edirdi.
Darvinin oğlu tərəfindən qələmə alınan “Çarlz Darvinin Həyatı və Məktubları”
adlı kitabda Darvinin Türk Milləti haqqındakı sözləri bu şəkildə ifadə olunur:
"Təbii seleksiyaya
əsaslanan mübarizə, mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox
fayda verir(təmin edir).Hələ də bu şəkildə davam etdiyini isbat edə bilərəm.
Fikirləşin ki, çox deyil, bir neçə yüz il əvvəl AVROPA, TÜRKLƏR TƏRƏFİNDƏN
İŞĞAL OLUNDUĞU ZAMAN, Avropalılar çox böyük risk altında qalmışdı, amma bu
fikir bü gün çox gülünc səslənir. Avropa irqi kimi tanınan daha mədəni irqlər,
yaşamaq uğrunda mübarizədə türkləri məğlubiyyətə uğratdılar. Dünyanın yaxın
gələcəyinə baxdığımız zaman, SAYI ÇOX OLAN AŞAĞI İRQLƏRİN ƏKSƏRİYYƏTİNİN
MƏDƏNİLƏŞMIŞ VƏ DAHA YÜKSƏK SƏVİYYƏLİ İRQLƏR TƏRƏFİNDƏN YOX EDİLƏCƏYİNİ
GÖRÜRƏM." (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I,
1888. New York: D. Appleton and Company, s. 285-286)
Darvin açıq şəkildə
nəcib türk millətinin yaxın zamanda avropalılar tərəfindən yox ediləcəyini
irəli sürmüşdü. Bu işi avropalıların icra edəcəyinə ümid etdiyi üçün onları
"mədəniləşmiş yüksək irqlər" kimi təsvir edir, türk millətini isə
"aşağı irq" kimi qəbul edir.
Bu azğın darvinist anlayış, təkcə
Türkiyədə 30.000-dən çox şəhidə, PKK-nın viran qoyduğu evlərə, 1980-ci
ildən əvvəl baş verən anarxiyaya və hələ də davam edən terror bəlasına görə
məsuliyyət daşıyır. Elm və Texnika jurnalı çox doğru qeyd edir: Dünya
hal-hazırda baş verən böyük bəlalar və problemlərin bələdçisi DARVİNİZMDİR.
Darvin, cəmiyyətə ancaq zülm, müharibə, qətliam, ölüm, mənəvi böhran,
terror və bəla gətirmişdir.
Darvinizm, tarixin ən böyük yalanı və bütün qanlı
ideoloqiyaların əsas qaynağıdır.
Bəlaların, ancaq anti-darvinist təhsil sisteminin
tətbiq olunması ilə bitər.
Dünyada həqiqətlər bu
şəkildə olmağa davam etdiyi halda , əsgərlərin darvinizmlə qidalanan terrora
şəhid verdikləri halda, kommunizm və faşizm kimi azğın ideoloqiyaların
dünya tarixinin ən qanlı səhifələrini yazıdıqları halda, materialist və
darvinist zehniyyətdə olan insanları bir yerə toplayıb, onların darvinizm
haqqında fikirlərini hələ də təbliğ etmək, ağlasığmazdır. Nəcib, dəyərli və
əsilzadə türk millətinin YOX ETMƏK lazım olduğunu iddia edən Darvini və bütün
dünyaya bəla gətirən kommunizm, faşizm və PKK terrorunun əsasını təşkil edən
darvinizmi dəstəkləmək çox təhlükəlidir. Üstəlik, dövlətin əli ilə,
materializmi maddi dəstəyi ilə, bunu media yolu ilə müdafiə etmək olduqca
təhlükəlidir. Bu gün darvinizm bütün elm sahələri tərəfindən rədd edilir. Yerin
təbəqələrindən 250 min fərqli növə aid 100 milyondan çox fosil çıxarılmışdır.
Bu fosillərin BİR DƏNƏSİ BELƏ ARA KEÇİD FORMASI DEYİL.
Qısa olaraq, 100 milyon
fosil DARVİNİZMİ RƏDD EDİR VƏ YARADILIŞI DƏSTƏKLƏYİR. Tapılan fosillərin hər
biri mükəmməl, qüsursuz və bu günə qədər dəyişməmiş canlılara aiddir. Bugün,
sübuta yetirilib ki, tək protein belə təsadüfən yaranmayıb. 1 milyon
ensiklopediya səhifəsi qədər məlumat daşıyan möhtəşəm molekul DNA, darvinizmin
bütün iddialarını məhv etmişdir. Artıq məlumdur ki, təbii seleksiya ilə
canlılara yeni məlumat əlavə oluna bilməz, mutasiylar isə sadəcə mövcud
qüsursuz quruluşa zərər verir. HAL-HAZIRDA DARVİNİZMİ DƏSTƏKLƏYƏN BİR DƏLİL
BELƏ YOXDUR. Məlumdur ki, bu əlacsızlıq qarşısında darvinistlər yenə də
insanları inandırmaq üçün SAXTAKARLIQ EDİR, SAXTA FOSİL DÜZƏLDİB, YARADILIŞI
İSBAT EDƏN FOSİLLƏRİ GİZLƏDİRLƏR. Darvinistlərin bütün saxta oyunlarının üstü
açılsada, HEÇ BİR ELMİ ƏSASI OLMADAN darvinist təbliğat davam edir. Elmi sübutu
olmayan, qanlı terroru dəstəkləyən darvinizm dinini müdafiə etmək, türk düşməni
Darvini tərifləmək, türk xalqını aldatmaqdır. İnsanlar darvinizmin bir yalan olduğunu,
elmi yöndən də məğlub edildiyini bilir. Elmi həqiqətlər qarşısında insanları bu
yalana inandırmaq nəticə verməyəcək. Qısacası, bütün elmi həqiqətlər işığında
darvinizmin ərimiş olduğunu qəbul etmək lazımdır. Terror bəlasından qurtulmaq,
yalnızca anti-darvinist təhsil və anti-darvinist təbliğatla mümkündür.