Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

19 Ağustos 2013 Pazartesi

Darvinizm və terrorizm

Darvinizm XX əsrdə insanlığa saysız bəlalar gətirən azğın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma əks fikirlərlə və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik normaları", qaydaları var. Bu "etika" və metodların əsas konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik normanı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:

1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlüklərini təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə bilərlər.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.

Dünyanın hər yerində terror tətbiq edənlər hansı ideologiyaya sahib olurlarsa olsunlar həqiqətdə bir Darvinistdirlər. Darvinizm qarşıdurmanı qızışdıran tək fəlsəfədir.
Darvinizm ideyaları insanların şüurunda çox sürətli bir şəkildə nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənasız, amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir", "böyük balıq kiçik balığı udur", "müharibə qəhrəmanlıqdır" və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şüarlar qalar.

Həqiqətən də əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi adında heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam, xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh gətirir, qəddarlığını və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqı məhv edən amillərdir. Amma darvinizm münaqişəni inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer kürəsindəki tarazlığın tənzimlənməsini təmin edən labüd bir mexanizm hesab edir.

İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli cinayətlərini törədən terrorçuların əslində dinlə heç bir əlaqəsi yoxdur. Əqidəsi nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən törədə bilməz. Bu əməlləri törədənlər dinin müqəddəs şüarlarından istifadə edərək əsl üzlərini gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə törətsələr də onlar əslində dinin əxlaqi dəyərlərini yıxmağa çalışan, insanlara darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi olan terrorizmin kökləri davakar və mürtəce ateizmdə gizlənir və tam əksinə olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və materializmdir".