Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

8 Şubat 2013 Cuma

Buynuzlu köpəkbalığı

buynuzlu köpəkbalığı
Buynuzlu köpəkbalığı


Fosil adı: Buynuzlu köpəkbalığı

Dövr: Təbaşir dövrü

Yaş: 95 milyon il

Bölgə: Livan

Buynuzlu köpəkbalığının indiki vaxtda yaşayan canlı nümunəsini araşdırdığımızda balığın uzun gövdəsində geniş çıxıntılar olduğu görülər. Balığın 95 milyon illik qalığına baxdığımızda da uzun gövdəsində mövcud olan çıxıntıların, baş və quyruq quruluşunun ən kiçik bir dəyişikliyə uğramadığı açıqca görülməkdədir. Buynuzlu köpəkbalığı dənizin dərinliklərində yaşayar, bəzən qarın üzgəclərini qayalara sürtər. Mağara və ya riflərdə ovlarına tələ qurarlar. Təxminən 1 metr boyları vardır. Şəkildəki 95 milyon illik buynuzlu köpəkbalığı qalığı da, Darvinistlərin sonunun çatdığınl bir dəfə daha vurğulamaqda, bütün canlıları Rəbbimizin yaratdığı gerçəyini isbat etməkdədir.

6 Şubat 2013 Çarşamba

Selakant


selakant
Şəkildə görülən fosil mənfi - müsbət görünüşlü cüt parçalı bir fosildir.
selakant
Selakant


Fosil adı: Selakant

Dövr: Trias dövrü

Yaş: 210 milyon il

Bölgə: Madaqaskar

Şəkildə 210 milyon illik qalığı görülən Selakant balığının indiki vaxtda yaşayan nümunəsinin tapılması təkamülçülərə çox böyük zərbə endirmişdir. "Canlıların sudan quruya keçidi" tezislərinə dəlil axtaran təkamülçü bioloqlar, Selakantların qalıqlarından istifadə edərək ağlasığmaz iddialar ortaya atdılar. Balıqda "ibtidai ağciyəri" (tam funksiya görməyən) olduğunu irəli sürdülər. Bu haqqda bir çox elmi qaynaqda bəhs olunur, hətta Selakantı dənizdən quruya çıxarkən göstərən şəkillər yayımlanırdı. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının, gövdəsindəki iki ədəd cüt üzgəci istifadə edərək dəniz döşəməsində getdiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz edirdi. Təkamülçülər bu iddialarına dayaq olaraq əllərində olan Selakant qalıqlarının üzgəclərindəki sümüklü strukturları göstərirdilər.

Ancaq 22 dekabr 1938-ci ildə Hind Okeanında edilən bir kəşf bu iddianı tamamilə çürütdü. 70 milyon il əvvəl soyu tükənmiş bir aralıq-keçid forması olaraq tanıdılan Selakant ailəsinin Latimeria növünə aid canlı okeanda ələ keçdi! Şübhəsiz Selakantın bir nümunəsinin tapılması təkamülçülər baxımından böyük bir şok idi. Üstəlik ən az 70 milyon il əvvəl nəslinin tükəndiyi düşünülən bu canlı növü üzərində edilən araşdırmalar Selakantların 400 milyon ildir heç bir dəyişikliyə uğramadıqlarını göstərirdi. İrəliləyən illərdə (başda 1939-cu ildə Chalumna çayında və Madaqaskar sahillərində, 1952 və 1953-cü illərdə Komor Adalarında olmaq üzrə) başqa bölgələrdə də təkamülçülərin "nəsili tükənmiş" dedikləri 200 dən çox Selakant tutuldu.

Bu balıqların tutulmasıyla birlikdə təkamülçü elm adamlarının o günə qədər xəyali şərhlər etməkdə nə qədər irəli gedə biləcəkləri də aydın olmuş oldu. Selakantlar nə ibtidai ağciyərə, nə də böyük bir beynə sahib idilər. Təkamülçü araşdırmaçıların "ibtidai ağciyər" olduğunu düşündükləri quruluş balığın bədənində olan bir yağ kisəsindən başqa bir şey deyildi. Ayrıca iddia edilənin əksinə balıq böyük həcmdə bir beynə də sahib deyildi balığın böyük bir kəllə sümüyü vardı amma buna baxmayaraq kiçik bir beyni vardı. Beləcə balıqlar və amfibiyalar arasındakı tək ciddi sayıla biləcək aralıq növ iddiası da "etibarsız" hala gəldi.

Bunun üzərinə Selakantın təkamülçü yayımlardakı məşhurluğu bir anda yox oldu. Fransis Hikin (Francis Hitching) bu vəziyyəti belə açıqlayır:
 "Əvvəlki formalarından heç bir fərqi olmayan təbii dəniz mühitinə tam adaptasiya olmuş və quruya çıxmağa heç meyl göstərməyən bir neçə Selakant ələ keçərilincə bu növ dərhal aralıq-keçid forması olaraq göstərildiyi dərs kitablarından çıxarıldı." (Jacques Millot, "The Selakant", The Scientific American, dekabr 1955, tiraj 193, s. 39)

Təkamülçülərin səyləri boşunadır. Bütün dəlillər təkamülü yalanlamaqda və Yaradılışın bir gerçək olduğunu göstərməkdədir. Bir ayədə Allah belə buyurmaqdadır:

De: "Haqq gəldi, batil yox olub getdi. Həqiqətən də, batil yox olmağa məhkumdur!" (İsra surəsi, 81)

4 Şubat 2013 Pazartesi

Mərcan

mərcan
Mərcan


Fosil adıMərcan

Dövr: Yura dövrü

Yaş: 150 milyon il

Bölgə: Almaniya

Mərcanlar dənizin dərinliklərində yaşayan onurğasız canlılardır. Yumşaq mərcanlar, boynuzsu mərcanlar, tikanlı mərcanlar kimi növləri vardır. Mərcan quruyub bərkiyərək daş kimi bir quruluşa sahib olar, dənizin dibində isə sanki bitki kimidir. Mərcanlar dənizin diblərində rəngarəng çiçək bağçalarını xatırladarlar.
Şəkildə görülən 150 milyon illik mərcan qalığı bütün detallarıyla qorunacaq şəkildə qalıqlaşmışdır. İki şəkildə açıqca görüldüyü kimi qalıqlardakı mərcanlar, indiki vaxtda yaşayan nümunələriylə birə-bir eynidirlər. Bunun mənası isə, mərcanların aradan keçən 150 milyon ilə baxmayaraq heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.

Sümüklü durna balığı

sümüklü durna balığı
Sümüklü durna balığı

Fosil adı : Sümüklü durna balığı

Dövr:  Yura dövrü

Yaş: 152 milyon il

Bölgə: Regensburg, Almaniya

Sümüklü durna balığı uzun incə konus formalı, güclü dişlərlə bəzənmiş uzun və dimdik formalı bir çənəyə malikdir. Bu canlının Almaniyada olan 150 milyon illik qalığı ilə indiki vaxtda yaşayan nümunəsi müqayisə edildiyində xüsusi görünüşlü çənəsindən, sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə uğramadığı çox dəqiq bir şəkildə görülməkdədir. Sümüklü durna balıqları təkamülün etibarsızlığını gözlər önünə sərən saysız canlıdan biridir. Bilinən ən qədim nümunələri Yura dövründə (206 - 144 milyon il) yaşamış olan sümüklü durna balıqları milyonlarla ildir eyni qalmışlar.

Kalmar (Mürəkkəb balığı)

kalmar (mürəkkəb balığı)
Kalmar (Mürəkkəb balığı)

Fosil adı: Kalmar (Mürəkkəb balığı)

Dövr: Yura dövrü

Yaş: 148 milyon il

Bölgə: Solnhofen, Almaniya

148 milyon illik Kalmar digər yaradılmış canlılar kimi heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlmişdir. Bu da təkamülün heç bir zaman reallaşmadığının və bütün canlıları Uca Allahın yaratdığının açıq-aşkar dəlilidir. Onqollular dəstəsinə aid olan Kalmarın ağız bölgəsindən çıxan 10 qolu vardır. Kalmarlar son dərəcə həssas bir qoxu və dad alma duyğusuna və gözlərə sahibdirlər. Gözləri o qədər qüvvətlidir ki tam 70 milyon hüceyrəylə etdikləri görmə əməliyyatı nəticəsində, arxalarından gələn bir təhlükəni belə dərhal hiss edə bilər və çox ardıcıl hərəkətlər edərək özlərini qoruya bilərlər. Allah bu balıqda mükəmməl bir müdafiə etmə sistemi yaratmışdır. Hücuma uğradığında mürəkkəb kisəsindən tünd rəngli bir maye püskürdən Kalmar, düşmənini bu şəkildə aldadaraq cəld bir şəkildə təhlükədən uzaqlaşa bilər.

3 Şubat 2013 Pazar

Meduza

meduza

Meduza

500 milyon il əvvələ aid olan və bu canlıların heç dəyişmədən günümüzə qədər çatdığını sübut edən bu Meduza qalığı, təkamülün etibarsızlığını göstərən yüz milyonlarca qalıqdan yalnız biridir.

Fosil adı: Meduza

Dövr: Kambri dövrü

Yaş: 500 milyon il

Bölgə: Visconsin, ABŞ

Şəkildə görülən 500 milyon illik Meduza qalığının günümüzə qədər gəlməsi sanki bir möcüzədir. Çünki dənizin altında yaşayan bu canlının balıqlar kimi bir skeleti yoxdur, tamamilə jeleyəbənzər bir quruluşa malikdir. Normal şərtlərdə bu heyvanın günümüzə qədər gələn bir qalığının qalmaması lazımdır. Ancaq Allah, təkamülçülərin iddialarını etibarsız etmək üçün bu canlının da qalıqlaşmasını təmin etmiş və 500 milyon il əvvəlindən günümüzə bir dəlil təqdim etmişdir.
Meduzaların ürəkləri, beyinləri, sümükləri, pulcuqları və gözləri yoxdur. Sinir sistemləri sinir şəbəkəsi formasında şəkillənmişdir. Meduzaların bəzi növləri zəhərlidir. Zəhərsiz olanlarda da müdafiə olunma məqsədiylə istifadə edilən biolüminesensiya deyilən, kimyəvi bir reaksiya nəticəsində meydana gələn işığı yayma xüsusiyyəti vardır. Meduzalar da eynilə digər canlılar kimi Allahın möhtəşəm yaratma sənətinin bir təcəllisidir.

Dəniz pişiyi

dəniz pişiyi
Dəniz pişiyi

Fosil adı: Dəniz pişiyi

Dövr: Eosen dövrü


Yaş: 50 milyon il


Bölgə: Qrin-River, Vayominq, ABŞ


Şəkildə gördüyünüz 50 milyon illik Dəniz pişiyi bu dövrə qədər heç bir dəyişikliyə uğramamışdır. Bu balıq eynilə yaradılan digər milyonlarla balıq kimi təkamül keçirməmişdir. Təkamülçülərin iddia etdiyi sudan quruya keçid də heç bir zaman reallaşmamışdır. Digər canlılar kimi bu Dəniz pişiyi balığı da 50 milyon il əvvəlki görünüşü və şəkliylə hələ də yaşamaqdadır.