Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

27 Temmuz 2013 Cumartesi

Dinazavr quyruğu






Arxeoloqlar şimali Meksikada 72 milyon illik Dinazavr quyruğu fosili aşkar edib. Görünən fosildə kompleks qurluş, simmetriya nəzərə çarpır. Bu da heç bir təkamül prosesindən keçmədiyinin sübutudur. Hər bir canlı kimi Dinazavrlar da yoxdan bir anda yaradılıb.

16 Temmuz 2013 Salı

İynəsiz arı

İynəsiz arı
Şəkildə ambər içində qalıqlaşmış iki iynəsiz arı qalığı görülməkdədir. Həm də şəklin aşağısında hal hazırda yaşayan iynəsiz bir arı var. Bu canlıların günümüzdəki nümunələriylə, milyonlarla il əvvəl yaşayan nümunələri bir-birlərindən fərqlənmir.

Dövr: Kaynozoy (Oligosen)
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası
1 - Donqar ağcaqanad, 2 - Yaban arısı
25 milyon yaşındakı çöl arısı və donqar ağcaqanad qalığı, bütün canlılar kimi böcək növlərinin də təkamül keçirmədiklərinin isbatıdır. Bu canlılar milyonlarla ildir şəkildə göründüyü kimi yaşayan nümunələriylə tamamilə eynidir, hər hansı bir dəyişikliyə uğramamışlar yəni təkamül geçirməmiyiblər.

Dövr: Kaynozoy (Oliqosen)
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası

25 milyon illik parazitar çöl arısı və donqar ağcaqanad qalığı
1 - Donqar ağcaqanad 2 - Yaban arısı

Qanadlı qarışqa

Qanadlı qarışqa
Qanadlı qarışqa növünün 5 - 8 mm uzunluğunda iki uzun qanadı vardır. Yuvalarını su və yemək olan yerlərə yaxın düzəldən bu qarışqalar milyonlarla ildir heç bir dəyişikliyə uğramamışlar. 25 milyon illik kəhrəba (anbər) içindəki qanadlı qarışqa qalığı, sözügedən canlıların milyonlarla ildir eyni olduqlarını, yəni təkamül keçirmədiklərini göstərir.

Dövr: Kaynozoy (Oliqosen)
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası

16 Şubat 2013 Cumartesi

Trilobit

trilobit
Trilobit

Fosil adı: Trilobit

Dövr: Devon dövrü

Yaş: 417 - 354 milyon il

Bölgə: Mərakeş

Trilobitin gövdəsi bir-birlərinə bağlanmış oynaqlardan meydana gələr. Hər biri digərinə öndən və arxadan kiçik həncama (rəzə) formalı bağlarla bağlanmışdır. Bu kənardan baxıldıqda bir qatar görünüşü meydana gətirməkdədir. Arxa tərəfləri dənizin dibində oturaq vəziyyətdə olsa da bu canlılar, xüsusi oynaqlar sayəsində qıvrılaraq yuxarı doğru qalxa bilərlər. Trilobit, relslərə ehtiyacı olmayan bir qatar kimi maneələr üzərində hərəkət edə bilər, bükülə bilər, dilədiyi tərəfə dönə bilər. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)

Trilobit bu dövrdə ağcaqanadların və cırcıramaların pətək gözlərinin quruluşuna malikdir. Lupaların sayı, bəzi trilobitlərdə minlərlədir. Hər bir lupa, fokuslandığı bölgənin görünüşünü qəbul edər. Lupa sayı nə qədər çox isə, görünüşün dəqiqliyi də o qədər yaxşıdır. Dövrümüzdən yarım milyard il əvvələ aid mükəmməl trilobit gözləri bir yaradılış möcüzəsidir.

Trilobitin gözündəki ən əhəmiyyətli xüsusiyyətlərdən biri, "kalsit kristalları"dır. Kalsit kristalı yəni kalsium karbonat, piramidaların, amfitiyatrların və günümüzə qədər çatmış tarixi sütunların təməl daşıdır və bu canlıda pətək gözləri meydana gətirmişdir. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)

14 Şubat 2013 Perşembe

Omar

omar
Omar

Fosil adı: Omar

Dövr: Karbon dövrü

Yaş: 300 milyon il

Bölgə: İllinoys, ABŞ

Qalıq qeydləri son dərəcə zəngindir və canlılığın mənşəyini anlamaq üçün yetərli saydadır.  Qalıqları araşdırdığımızda fərqli canlı növlərinin aralarında xəyali təkamüllü "keçid formaları" olmadan, yer üzündə bir anda və fərqli strukturlarıyla ayrı-ayrı ortaya çıxdıqlarınl görərik.  Bu da bütün canlıları Uca Allahın yaratdığının dəlillərindən biridir. Yaradılışın açıq bir gerçək olduğunu göstərən qalıqlardan biri də şəkildə görülən tam 300 milyon illik xərçəng qalığıdır. Yengəc, krevet və xərçəng kimi Onayaqlılar (Decapoda) dəstəsindən olan omar bədəninin detalları 300 milyon illik qalığında da çox dəqiq bir şəkildə görülməkdədir. Bu canlı da digər canlılar kimi yaradıldığı ilk gündən bu yana eyni qalmış, ən kiçik bir dəyişikliyə belə uğramamışdır. 

12 Şubat 2013 Salı

Balta balığı

Balta balığı
Balta balığı


Fosil adı: Balta Balığı

Dövr: Oliqosen dövrü

Yaş: 37 - 23 milyon il

Bölgə: Çexiya Respublikası

Gümüş rəngli, baltanı xatırladan bu parlaq və kiçik balıqların digər bir çox dərin dəniz balığı kimi, qarınlarının alt qisimində işıq çıxaran orqanları vardır.  Bu balıqlar bədənlərinin altında göy rəngə çalan işıq ifraz eliyə bilən 100 qədər işıq orqanına sahibdirlər. Bu mükəmməl yaradılışla milyonlarla ildir dənizlərdə yaşayan balta balığı başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişdir. Şəkildə gördüyünüz 37-23 milyon illik oliqosen dövrünə aid balta balığı qalığı Çexiya Respublikasında tapılmışdır və indiki vaxtda yaşayan nümunəsiylə tamamilə eynidir.