Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

16 Şubat 2013 Cumartesi

Trilobit

trilobit
Trilobit

Fosil adı: Trilobit

Dövr: Devon dövrü

Yaş: 417 - 354 milyon il

Bölgə: Mərakeş

Trilobitin gövdəsi bir-birlərinə bağlanmış oynaqlardan meydana gələr. Hər biri digərinə öndən və arxadan kiçik həncama (rəzə) formalı bağlarla bağlanmışdır. Bu kənardan baxıldıqda bir qatar görünüşü meydana gətirməkdədir. Arxa tərəfləri dənizin dibində oturaq vəziyyətdə olsa da bu canlılar, xüsusi oynaqlar sayəsində qıvrılaraq yuxarı doğru qalxa bilərlər. Trilobit, relslərə ehtiyacı olmayan bir qatar kimi maneələr üzərində hərəkət edə bilər, bükülə bilər, dilədiyi tərəfə dönə bilər. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)

Trilobit bu dövrdə ağcaqanadların və cırcıramaların pətək gözlərinin quruluşuna malikdir. Lupaların sayı, bəzi trilobitlərdə minlərlədir. Hər bir lupa, fokuslandığı bölgənin görünüşünü qəbul edər. Lupa sayı nə qədər çox isə, görünüşün dəqiqliyi də o qədər yaxşıdır. Dövrümüzdən yarım milyard il əvvələ aid mükəmməl trilobit gözləri bir yaradılış möcüzəsidir.

Trilobitin gözündəki ən əhəmiyyətli xüsusiyyətlərdən biri, "kalsit kristalları"dır. Kalsit kristalı yəni kalsium karbonat, piramidaların, amfitiyatrların və günümüzə qədər çatmış tarixi sütunların təməl daşıdır və bu canlıda pətək gözləri meydana gətirmişdir. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)