Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

Terrorun səbəbi Darvinizmdir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Terrorun səbəbi Darvinizmdir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Eylül 2013 Çarşamba

BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ DARVİNİZM DAYANIR

DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR: KOMMUNİZM, FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.

Darvinizm, kommunizm, materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm insanları heyvan olaraq gördüyü üçün, bu anlayışı qavrayan, mənimsəyən insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və şərəfdən, mərhmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara, müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb olublar. Darvinizm, bütün dünyaya, kommunizmi, faşizmi, müharibələri və terror bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin bələdçisi darvinizmdir.

Darvinizm, Kommunizm və Terror bir-birindən ayrılmazdır

Türkiyə dövlətinin bölünməz bütünlüyünü hədəfləyən ən təhlükəli təhdid olan separatçı terror, birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu ideologiya, əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar, öz ideologiyalarını və törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə kommunizmin əlaqəsini bu şəkildə bildirmişdi:


"Darvinin əsəri böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən əsasını formalaşdırır." (Marks Engels Mektublar, cild 2, s.126)

Lenin isə belə deyib: "Marksın nəzəriyyəsi təkamül nəzəriyyəsinin, ən düşünülmüş, ən tutarlı, tam mənası ilə müasir kapitalizmə tətbiqidir." (Robert M. Young, Darwinian Evolution and Human History)



Karl Marks, Darvinin Növlərin Mənşəyi kitabına olan heyranlığını bu sözlərlə ifadə etmişdir:


"BİZİM FİKİRLƏRİMİZİN TƏBİİ TARİXİ ƏSASINI TƏŞKİL EDƏN KİTAB (DarvininNövlərin Mənşəyi kitabı) BUDUR." (Marks və Engels, Məktublar, s. 426)

Kütləvi qətllər törədən qanlı Çin kommunizminin diktatoru Mao əsaslandığı azğın ideologiyanı açıq şəkildə ifadə etmişdir:


"ÇİN SOSİALİZMİNİN ƏSASINİ DARVİNDƏN VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİNDƏN GÖTÜRÜR" (K.Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977)

Stalinin isə sözləri belədir:


“Gənc nəsillərə … üç şeyi öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və DARVİNİN TƏLİMLƏRİNİ” (Kent Hovind, The False Religion of Evolution, http://www.royalse.com/scroll/evolve/ndxng.html)

Terror, Darvinizmə əsaslanan separatçı ideologiyaların öz hədəflərinə çatmaq üçün istifadə etdikləri təsirli  üsuldur. Kommunist liderlər terroru əvəzolunmaz bir silah kimi dostlarına məsləhət görürdülər. Separatçı terror təşkilatının istifadə etdiyi bütün yollar öz istiqamətini kommunist ideoloq və liderlərin tövsiyələrindən götürmüşdür. Bu liderlərdən biri olan Leninin də diqqət çəkici terror təlimatları vardır:


"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar çıxarmaq... Dövlətin xəzinələrini talamaq...İnqilabçı kommunist qüvvələr yenilməz silahlı güc kimi ortaya çıxmalıdır. İnsanları öldürmək, bombalamaq, binaları partlatmaq və bu yolla qorxu yaratmaq, cəmiyyət üzərində kommunist diktatorluğu qurmağın və iqtidarı ələ keçirməyin əhəmiyyətli ünsürlərindəndir." ("Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında", Homizuri G.P., Moskova 2005)

Darvinizmlə qidalanan PKK terror təşkilatı ən böyük bəlalardan biridir. Uşaq qatili olan Abdulla Öcalan Darvinin azğın təlimlərinə qarşı duyduğu heyranlığını belə ifadə edir:


“Ümumiyyətlə insan olmayan bütün canlı varlıqlarda davam edən təkamül, insan cəmiyyətində qavrama və özünüifadə ilə şüurlu şəkildə davam edir. İnsan növünün Homo Sapienstipində müasir dil quruluşuna yol açan qavrama müddətindəki sıçrama, iradəli cəmiyyətin formalaşmasına sıçratma imkanı vermişdir. Vəhşi cəmiyyətin mövcud olduğu mərhələdə insan qrupları bir növ inkişaf etmiş heyvan cəmiyyətinin səviyyəsində yaşayırdı"

“PKK, Marksizm-Leninizm prinsiplərinə uyğun bir inkişaf yolu keçmişdir. Məlumdur ki, bundan sonrası isə ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras üzərində həyata keçəcək.”



Darvin Türklərin Yer Üzərindən Silinməsini Müdafiə Edən Bir İrqçidir 

Təkamül nəzəriyyəsini ortaya atan Çarlz Darvin, canlıların və insanların inkişafını həyat uğrunda mübarizə anlayışı ilə əsaslandırmışdır. Ona görə təbiətdə daima yaşamaq uğrunda vəhşi mübarizə və daimi bir qarşıdurma vardır. Darvin, qarşıdurmanın insan irqləri arasında da labüd olduğunu bildirib. Bu qarşıdurma nəticəsində aşağı irqlərin sıradan çıxdığını və bu yolla mədəniyyətin inkişaf etdiyini iddia edirdi. Darvinin oğlu tərəfindən qələmə alınan “Çarlz Darvinin Həyatı və Məktubları” adlı kitabda Darvinin Türk Milləti haqqındakı sözləri bu şəkildə ifadə olunur:


"Təbii seleksiyaya əsaslanan mübarizə, mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox fayda verir(təmin edir).Hələ də bu şəkildə davam etdiyini isbat edə bilərəm. Fikirləşin ki, çox deyil, bir neçə yüz il əvvəl AVROPA, TÜRKLƏR TƏRƏFİNDƏN İŞĞAL OLUNDUĞU ZAMAN, Avropalılar çox böyük risk altında qalmışdı, amma bu fikir bü gün çox gülünc səslənir. Avropa irqi kimi tanınan daha mədəni irqlər, yaşamaq uğrunda mübarizədə türkləri məğlubiyyətə uğratdılar. Dünyanın yaxın gələcəyinə baxdığımız zaman, SAYI ÇOX OLAN AŞAĞI İRQLƏRİN ƏKSƏRİYYƏTİNİN MƏDƏNİLƏŞMIŞ VƏ DAHA YÜKSƏK SƏVİYYƏLİ İRQLƏR TƏRƏFİNDƏN YOX EDİLƏCƏYİNİ GÖRÜRƏM." (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York: D. Appleton and Company, s. 285-286)

Darvin açıq şəkildə nəcib türk millətinin yaxın zamanda avropalılar tərəfindən yox ediləcəyini irəli sürmüşdü. Bu işi avropalıların icra edəcəyinə ümid etdiyi üçün onları "mədəniləşmiş yüksək irqlər" kimi təsvir edir, türk millətini isə "aşağı irq" kimi qəbul edir.

Bu azğın darvinist anlayış, təkcə Türkiyədə 30.000-dən çox şəhidə, PKK-nın  viran qoyduğu evlərə, 1980-ci ildən əvvəl baş verən anarxiyaya və hələ də davam edən terror bəlasına görə məsuliyyət  daşıyır. Elm və Texnika jurnalı çox doğru qeyd edir: Dünya hal-hazırda baş verən böyük bəlalar və problemlərin bələdçisi DARVİNİZMDİR. Darvin,  cəmiyyətə ancaq zülm, müharibə, qətliam, ölüm, mənəvi böhran, terror və bəla gətirmişdir.

Darvinizm, tarixin ən böyük yalanı və bütün qanlı ideoloqiyaların əsas qaynağıdır.

Bəlaların, ancaq anti-darvinist təhsil sisteminin tətbiq olunması ilə bitər. 


Dünyada həqiqətlər bu şəkildə olmağa davam etdiyi halda , əsgərlərin darvinizmlə qidalanan terrora şəhid verdikləri halda,  kommunizm və faşizm kimi azğın ideoloqiyaların dünya tarixinin ən qanlı səhifələrini yazıdıqları halda, materialist və darvinist zehniyyətdə olan insanları bir yerə toplayıb, onların darvinizm haqqında fikirlərini hələ də təbliğ etmək, ağlasığmazdır. Nəcib, dəyərli və əsilzadə türk millətinin YOX ETMƏK lazım olduğunu iddia edən Darvini və bütün dünyaya bəla gətirən kommunizm, faşizm və PKK terrorunun əsasını təşkil edən darvinizmi dəstəkləmək çox təhlükəlidir. Üstəlik, dövlətin əli ilə, materializmi maddi dəstəyi ilə, bunu media yolu ilə müdafiə etmək olduqca təhlükəlidir. Bu gün darvinizm bütün elm sahələri tərəfindən rədd edilir. Yerin təbəqələrindən 250 min fərqli növə aid 100 milyondan çox fosil çıxarılmışdır. Bu fosillərin BİR DƏNƏSİ BELƏ ARA KEÇİD FORMASI DEYİL.
Qısa olaraq, 100 milyon fosil DARVİNİZMİ RƏDD EDİR VƏ YARADILIŞI DƏSTƏKLƏYİR. Tapılan fosillərin hər biri mükəmməl, qüsursuz və bu günə qədər dəyişməmiş canlılara aiddir. Bugün, sübuta yetirilib ki, tək protein belə təsadüfən yaranmayıb. 1 milyon ensiklopediya səhifəsi qədər məlumat daşıyan möhtəşəm molekul DNA, darvinizmin bütün iddialarını məhv etmişdir. Artıq məlumdur ki,  təbii seleksiya ilə canlılara yeni məlumat əlavə oluna bilməz, mutasiylar isə sadəcə mövcud qüsursuz quruluşa zərər verir. HAL-HAZIRDA DARVİNİZMİ DƏSTƏKLƏYƏN BİR DƏLİL BELƏ YOXDUR. Məlumdur ki, bu əlacsızlıq qarşısında darvinistlər yenə də insanları inandırmaq üçün SAXTAKARLIQ EDİR, SAXTA FOSİL DÜZƏLDİB, YARADILIŞI İSBAT EDƏN FOSİLLƏRİ GİZLƏDİRLƏR. Darvinistlərin bütün saxta oyunlarının üstü açılsada, HEÇ BİR ELMİ ƏSASI OLMADAN darvinist təbliğat davam edir. Elmi sübutu olmayan, qanlı terroru dəstəkləyən darvinizm dinini müdafiə etmək, türk düşməni Darvini tərifləmək, türk xalqını aldatmaqdır. İnsanlar darvinizmin bir yalan olduğunu, elmi yöndən də məğlub edildiyini bilir. Elmi həqiqətlər qarşısında insanları bu yalana inandırmaq nəticə verməyəcək. Qısacası, bütün elmi həqiqətlər işığında darvinizmin ərimiş olduğunu qəbul etmək lazımdır. Terror bəlasından qurtulmaq, yalnızca anti-darvinist təhsil və anti-darvinist təbliğatla mümkündür.

Terrorun həlli nədir?

İSLAM TERRORUN MƏNBƏYİ DEYİL, HƏLLİDİR

Xüsusilə, son 20 ildir Qərb dünyasının gündəmində "İslami terror" adlanan bir anlayış vardır. 11 Sentyabr 2001 tarixində Amerika Birləşmiş Ştatlarının iki böyük şəhərinə qarşı təşkil edilən və on minlərcə günahsız insanın ölümünə səbəb olan terrorist hücumlar isə bu anlayışı bir dəfə daha dünya gündəminə oturtmuşdur.

Bir müsəlman olaraq bu hücumları şiddətlə lənətləyir və Amerikan xalqına başsağlığı diləyirik.
Bu hesabatda, lənətlədiyimiz bu vəhşiliyin qaynağının qətiliklə İslam olmadığını, İslamda terrora yer olmadığını araşdıracağıq.

New Yorkdakı günahsız insanları hədəf alan terror hərəkətini şiddətlə qınayırıq

Əvvəlcə bildirilməsi lazım olan ABŞ-a qarşı terror hərəkatını kimin reallaşdırdığı müəyyən olmamasıdır. Bu təcavüzkar hücum çox fərqli qruplaşmaların işi ola bilər. Amerika dəyərlərinə nifrətlə yanaşan kommunist bir təşkilat və ya federal rəhbərliyə qarşı çıxan faşist bir təşkilat da ola bilər. Başqa dövlətlərin daxilindəki gizli bir fraksiyanın əsəri ola bilər. Təyyarəni qaçıran terroristlər müsəlman adları daşısalar belə, kimin tərəfindən hansı məqsəd üçün istifadə edildikləri sualı hələ də qaranlıq qalır.

Əgər terroristlər müsəlman adları daşısalar belə, şəxsiyyətlərində "Müsəlman" yazırsa belə, törətdikləri cinayətlərə "İslam terroru" deyilməz. Əgər Xristian olsalar, "Xristian terroru" və ya Yəhudi olsalar "Yəhudi terroru" adlanmadığı kimi. Çünki, din adına günahsız insanların öldürülməsi mümkün deyil. Unutmamaq lazımdır ki, New Yorkda və ya Washintgonda öldürülən insanlar arasında, Hz. İsanı sevənlər (Xristianlar), Hz. Musanı sevənlər (Yəhudilər) və Müsəlmanlar da vardır. Bu günahsız insanları öldürmək, Allahın diləməsi ilə cəhənnəm əzabı ilə nəticələnəcək olan böyük bir günahdır. Dinə inanan, Allah qorxusu olan bir insan belə bir şey edə bilməz.
Belə bir vəhşiliyin səbəbkarları bunu ancaq dinə hücum etmək məqsədi ilə edə bilərlər. Dini insanların gözündə alçatmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və reaksiya meydana gətirmək məqsədi ilə edə bilərlər. Bunlara görə, Amerika vətəndaşlarına və ya başqa günahsız insanlara qarşı "din" adı altında törədilən hər hücum, əslində dinə qarşı da törədilmiş bir hücumdur.

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin ziddidir; mərhəmətsizdir, qan tökmək, öldürmək, işgəncə vermək istəyir. Bu səbəbdən, bir terror hərəkatına günahkar axtararkən qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini, faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terroristçilərin hansı adı daşıdığı, şəxsiyyətlərində nə yazıldığı əhəmiyyətli deyil. Günahsız insanları göz qırpmadan öldürürsə, dindar deyil, dinsizdir. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və əzab vermək olan bir canidir. Bu səbəblə, "İslami terror" öz içində ziddiyyətli və son dərəcə səhv bir anlayışdır. Çünki, İslam dinində heç bir formada terrora yer yoxdur. Əksinə, İslama görə "terror" olaraq adlandırdığımız hərəkətlər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər), böyük bir cinayətdir və müsəlmanlar bu hərəkətlərə mane törətmək, yer üzünə barış, hüzur və ədalət gətirməklə məsuldurlar.

Quran Əxlaqı Yaxşılıq, Ədalət Və Barışa Çağırır

Terrorun ən ümumi mənası silahsız insanlara qarşı siyasi məqsədlə şiddət tətbiq olunmasıdır. Bir başqa ifadə ilə, terrorun hədəfləri tamamilə günahsız olan insanlardır. Tək günahları, terroristin gözündə "o biri tərəf" olmaqdır. Bu səbəblə, terror günahsız insanlara qarşı şiddət tətbiq olunması mənasına gəlir və bunun heç bir əxlaqi bəhanəsi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, "insanlığa qarşı işlənmiş cinayət" dir.

Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi bir kitabdır və Allah bu kitabda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın təməlində isə sevgi, şəfqət, xoşgörüş və mərhəmət kimi anlayışlar durur. Allah bütün insanları, yer üzündə mərhəmətin, şəfqətin, tolerantlığın və barışın yaşana biləcəyi model olaraq İslam əxlaqına çağırır:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Quran əxlaqına görə, bir müsəlman qarşısındakı insan istəyir müsəlman olsun və ya olmasın, bütün digər insanlara qarşı yaxşı və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və "yer üzündə fitnənin qarşısını almaqla" məsuliyyət daşıyır. Təxribatçılıq, yer üzündə insanların təhlükəsizlik, barış və dincliyini ortadan qaldıran hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulduğu kimi “Allah isə fitnə-fəsadı sevmir.” (Bəqərə surəsi, 205)

Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə nümunələrindən biridir. Allah, daha əvvəl Tövratda yəhudilər üçün vermiş olduğu bir hökmü Quranda da təkrar bu şəkildə açıqlayır:
“...İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...”(Maidə surəsi, 32)

Göründüyü kimi, bir insanı yer üzündə başqa bir insanı “öldürməyən və ya yer üzündə fəsad törətməyən " öldürərsə, bütün insanları öldürmüş qədər böyük bir cinayət törətməkdədir.

Bu vəziyyətdə, terroristlərin törətdikləri cinayət, qırğın və gündəmdəki adı ilə "intihar hücumları"nın nə qədər böyük bir cinayət olduğu açıqdır. Allah terrorizmin bu zalım üzünün axirətdəki qarşılığını belə bildirir:
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)

Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror təşkil etmək, İslama tamamilə zidd bir hərəkətdir və heç bir müsəlman belə bir cinayət işləyə bilməz. Əksinə, müsəlmanlar bu cinayətləri işləyən insanların qarşısını almaqla, "yer üzündəki fitnəni" ortadan qaldırmaq və bütün insanlara hüzur və təhlükəsizlik gətirməklə məsuldurlar. Müsəlmanlıq terrorla birlikdə düşünülə bilməz, əksinə terrorun mane törədicisi və həllidir.
Yaxşı o halda, son illərdə tez-tez qarşımıza çıxan "İslami terror" anlayışı haradan çıxmışdır?

Bura qədər araşdırmalarımızdan aydın olduğu kimi, "İslami" bir terror ola bilməz. Necə ki haqqında danışılan terroru tətbiq edən şəxsləri araşdırdığımızda, bu terrorun dini deyil, ictimai bir fakt olduğu açıqca görə bilirik.


Terrorizmin Əsl Qaynağı: Üçüncü Dünya Fanatizmi

Bura qədər göstərdiyimiz tarixi nümunələr, sözdə "İslami terror" olaraq adlandırılan və son dövrdə dünya gündəminə oturan faktı anlamaq baxımından olduqca işıqlandırıcıdır. Çünki, bu gün də İslam adına ortaya çıxaraq terror tətbiq edənlər və ya bunu dəstəkləyənlər İslam dünyasındakı kiçik bir azlığı təmsil edirlər-İslamdan deyil "bədəvi xarakteri"ndən yola çıxırlar. İslamın özünü heç bir şəkildə anlamamaqda, bir barış, hüzur və ədalət dini olan İslamı, öz ictimai və mədəni xüsusiyyətlərindən qaynaqlanan barbarlığa alət etməyə çalışırlar. Bu barbarlığın qaynağı isə, "Üçüncü Dünya Fanatizmi" olaraq adlandıra biləcəyimiz insan sevgisindən nəsibini almayan kəslərin ağılsızlıqlarıdır.

Bu bir həqiqətdir ki, son bir neçə əsrdir İslam dünyasının dörd bir tərəfindəki müsəlmanlar Qərbli güclər və ya onların təmsilçiləri tərəfindən zülmə uğradılmışdır. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn, İsrail) və ya Qərb tərəfindən dəstəklənilən yerli təzyiqçi rejimlər, müsəlman kütlələrə böyük əzablar yaşatmışdır. Amma bu, müsəlmanların Qurana görə anlaması, şərh etməsi və reaksiya verməsi lazım olan bir vəziyyətdir. Quranda heç bir zaman "zülmə qarşı zülm" tətbiq olunmasına icazə verilməz. Əksinə, Allah ayələrində müsəlmanlara "pisliyə qarşı yaxşılıqla cavab vermələrini" əmr edər:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Müsəlmanların, özlərinə qarşı tətbiq olunan zülmə qarşı, əlbəttə, reaksiya verməsi, bunu tətbiq edənlərə qarşılıq verməsi qanuni bir haqqdır. Amma, bu heç bir zaman gözü bağlı bir nifrətə, ədalətsiz bir hüsumətə səbəb olmamalıdır. Allah, bu mövzuda Müsəlmanları "... bir camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun” deyərək xəbərdar edir. (Maidə Surəsi, 2)

Bu səbəbdən, "dünyadakı məzlum millətlərin nümayəndəliyi" iddiası ilə ortaya çıxaraq digər millətlərin günahsız insanlarına qarşı terror hərəkatının İslamla heç bir əlaqəsi ola bilməz.

Burada ifadə edilməli bir başqa xüsus, Qərbli güclərin müsəlmanlara qarşı yuxarıda sözünü etdiyimiz zülm və təzyiqlərinin, Qərbin bütününün deyil, bu mədəniyyətə 19. əsrdə hakim olan materialist, dinsiz fəlsəfə və ideologiyaların günahkar olduğudur. Avropa müstəmləkəçiliyi, Xristian əxlaqından doğulmamışdır, əksinə bu əxlaqa qarşı çıxan dinsiz axından doğulmuş və ən böyük vəhşiliklərini 19. əsrdəki İctimai Darvinist ideologiyanın dəstəyi ilə reallaşdırmışdır. Bu gün də Qərb dünyasının içində hələ də zalım, təxribatçı, qarşıdurmaçı ünsürlər olduğu kimi, xüsusilə Xristianlıqdan qaynaqlanan sülhsevər, xeyirxah və ədalət tərəfdarı bir mədəniyyət də vardır. Əslində dünya üzərindəki təməl fikir ayrılığı Qərb və İslam dünyası arasında deyil, həm Qərbdə həm də İslam dünyasında dindarlar ilə din əleyhdarları (materialistlər, ateistlər, Darvinistlər v s.) arasındadır.

1970-ci illərdə kommunist ideologiya adına ortaya çıxan Üçüncü Dünya terrorizmi, indiki vaxtda da dini anlayışları istifadə etməyə çalışırlar.
Üçüncü Dünya fanatizminin İslamla heç bir əlaqəsi olmadığının digər bir göstəricisi, bu fanatizmin yaxın zamana qədər kommunist ideologiya ilə əlaqələnmiş olmasıdır. Bilindiyi kimi, günümüzdəki Qərb əleyhdarı terror hərəkətlərinin bənzərləri 1960 və 70-ci illərdə də Sovetlər Birliyindən dəstək alan kommunist təşkilatlar tərəfindən reallaşdırılmışdır. Kommunist ideologiyanın təsirini itirməsiylə birlikdə, haqqında danışılan təşkilatları doğuran ictimai strukturların bir qisimi İslamı istifadə etməyə çalışırlar. Köhnə kommunist ifadələrinə İslami bəzi anlayışlar və simvollar qataraq meydana gətirmək istədikləri bu "din adına bürünmüş vəhşilik" həqiqətdə İslamın əsasını təşkil edən əxlaqi dəyərlərə tamamilə zidddir.

Bu mövzuda qeyd edilməsi lazım olan son bir xüsus da, İslamın hər hansı bir millətə və ya coğrafiyaya aid olmadığıdır. İslam, kimilərinin sandığı kimi "Şərq mədəniyyəti" deyil. Allahın insanlara yol göstərici olaraq endirdiyi son dindir və bütün insanlığa xitab etməkdədir. Müsəlmanlar, inandıqları haqq dini hər mədəniyyətdən hər millətə izah etmək, tanıtmaq və onların ürəklərini İslama istiləndirməklə məsuliyyət daşıyırlar.

Bu səbəbdən, İslam adına ortaya çıxaraq terror tətbiq edən, təzyiqçi rejimlər meydana gətirən, dünyanı gözəlləşdirmək yerinə çirkinləşdirən adam və qruplara qarşı tək bir çıxış yolu vardır: Həqiqi İslamın ortaya qoyulması, izah edilməsi, kütlələr tərəfindən başa düşülməsi və yaşanmasıdır.

Nəticə: Qərb Dünyası Üçün Təkliflər

Bu gün Qərb dünyası İslam adı altında ortaya çıxaraq terrora əl atan təşkilatlardan yana narahatdır və bu narahatlıq yersiz deyil. Terroru reallaşdıran və buna dəstək olan bütün şəxslərin beynəlxalq hüquq və ədalət qarşısında cəzalandırılması lazım olduğu da açıqdır. Ancaq, bundan daha vacib olan bu problemin həlli üçün hansı uzun müddətli strategiyaların izlənilməsi lazım olduğudur.

Bura qədər apardığımız qiymətləndirmə, terrorun İslamda heç bir yeri olmayan bir insanlıq cinayəti olduğunu göstərir, "İslami terror" anlayışının yalnışlığını ortaya qoyur. Bu isə bizi aşağıdakı mühüm nəticələrə aparır:

1) Qərb dünyası, xüsusilə ABŞ, əlbəttə terrora qarşı tədbirləri alacaq və bunda haqlıdır. Amma bunun İslama və müsəlmanlara qarşı bir döyüş olmadığını, əksinə İslamın faydasına bir tədbir olduğunu çox açıq bir şəkildə ortaya qoymalıdır. "Mədəniyyətlər Qarşıdurması" adı ilə 90-cı illərdə ortaya atılan təhlükəli ssenarinin, hər nə bahasına olsa da, qarşısı alınmalıdır.

2) Sevgi, dostluq, barış və qardaşlıq dini olan "Gerçək İslam"ın inkişafı və İslam cəmiyyətləri tərəfindən başa düşülməsi dəstəklənilməlidir. İslam ölkələrindəki radikal fraksiyalara qarşı istifadə ediləcək həll "zorakı dünyəviləşdirmə" deyil, əksinə belə bir siyasət kütlələri daha çox üsyana yönəldəcək. Həll, gerçək İslamın başa düşülməsi; insan haqqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, sənət, estetik kimi Quran anlayışları mənimsəmiş, insanlığa xoşbəxtlik və həyata sevinci təqdim edən bir müsəlman modelinin yayılmasıdır.

3) Terrorun qaynağı cəhalət və fanatizmdir və bunun həlli də təhsildir. Terrora simpatiyası olan insanlara, bunun İslama tamamilə zidd olduğu, əksinə bu şəkildə İslama, müsəlmanlara və bütün insanlığa zərər vermiş olacaqları izah edilməli, bu insanlıqdan kənar barbarlıqdan təmizlənilmələri öyrədilməlidirlər. Amerika Birləşmiş Dövlətlərinin bu istiqamətdəki bir təhsil siyasətini dəstəkləməsi çox müsbət nəticəsini verəcək.

Ümid edirik ki, bu kimi tədbirlər dünyanın terrorizmdən və bütün digər fanatik, qatı, vəhşi quruplaşmalardan xilas olmasına köməkçi olacaq. Özünü "Allahın mərhəməti altında bir xalq" olaraq adlandıran Amerika, təmsil etdiyi Xristian mədəniyyəti ilə həqiqətdə müsəlmanların dostudur. Allah Quranda bu gerçəyə diqqət çəkərək xristianların "insanlar içində iman edənlərə sevgi baxımından ən yaxın olanlar" olduğunu xəbər verməkdədir. (Maidə Surəsi, 82)

Tarixdə bir sıra cahillər (məsələn, xaçlılar) bu həqiqəti anlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olmuşdular. Eyni ssenarinin təkrarlanmaması üçün əsl xristianların və müsəlmanların əməkdaşlıq etməsi lazımdır.

19 Ağustos 2013 Pazartesi

Darvinizm və terrorizm

Darvinizm XX əsrdə insanlığa saysız bəlalar gətirən azğın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma əks fikirlərlə və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik normaları", qaydaları var. Bu "etika" və metodların əsas konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik normanı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:

1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlüklərini təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə bilərlər.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.

Dünyanın hər yerində terror tətbiq edənlər hansı ideologiyaya sahib olurlarsa olsunlar həqiqətdə bir Darvinistdirlər. Darvinizm qarşıdurmanı qızışdıran tək fəlsəfədir.
Darvinizm ideyaları insanların şüurunda çox sürətli bir şəkildə nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənasız, amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir", "böyük balıq kiçik balığı udur", "müharibə qəhrəmanlıqdır" və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şüarlar qalar.

Həqiqətən də əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi adında heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam, xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh gətirir, qəddarlığını və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqı məhv edən amillərdir. Amma darvinizm münaqişəni inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer kürəsindəki tarazlığın tənzimlənməsini təmin edən labüd bir mexanizm hesab edir.

İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli cinayətlərini törədən terrorçuların əslində dinlə heç bir əlaqəsi yoxdur. Əqidəsi nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən törədə bilməz. Bu əməlləri törədənlər dinin müqəddəs şüarlarından istifadə edərək əsl üzlərini gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə törətsələr də onlar əslində dinin əxlaqi dəyərlərini yıxmağa çalışan, insanlara darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi olan terrorizmin kökləri davakar və mürtəce ateizmdə gizlənir və tam əksinə olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və materializmdir".