Darvinizm XX əsrdə insanlığa saysız bəlalar
gətirən azğın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma əks fikirlərlə
və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik
normaları", qaydaları var. Bu "etika" və metodların əsas
konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik
normanı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini
baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları
bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:
1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə
yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında
dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlüklərini
təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə
bilərlər.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir
şey deyil.
|
Dünyanın hər yerində terror tətbiq edənlər hansı ideologiyaya sahib
olurlarsa olsunlar həqiqətdə bir Darvinistdirlər. Darvinizm qarşıdurmanı
qızışdıran tək fəlsəfədir.
|
Darvinizm ideyaları insanların şüurunda çox sürətli bir şəkildə
nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənasız,
amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat
məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm
ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli
darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın
ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir",
"böyük balıq kiçik balığı udur", "müharibə qəhrəmanlıqdır"
və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa
məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şüarlar qalar.
Həqiqətən də əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi
adında heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam,
xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh
gətirir, qəddarlığını və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və
günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın
insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqı məhv edən amillərdir. Amma
darvinizm münaqişəni inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer
kürəsindəki tarazlığın tənzimlənməsini təmin edən labüd bir mexanizm hesab
edir.
İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli
cinayətlərini törədən terrorçuların əslində dinlə heç bir əlaqəsi yoxdur. Əqidəsi
nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli
günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən törədə bilməz. Bu
əməlləri törədənlər dinin müqəddəs şüarlarından istifadə edərək əsl üzlərini
gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə
törətsələr də onlar əslində dinin əxlaqi dəyərlərini yıxmağa çalışan, insanlara
darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi
olan terrorizmin kökləri davakar və mürtəce ateizmdə gizlənir və tam əksinə
olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və
materializmdir".