 |
Trilobit |
Fosil adı: Trilobit
Dövr: Devon dövrü
Yaş: 417 - 354 milyon il
Bölgə: Mərakeş
Trilobitin gövdəsi
bir-birlərinə bağlanmış oynaqlardan meydana gələr. Hər biri digərinə öndən və
arxadan kiçik həncama (rəzə) formalı bağlarla
bağlanmışdır. Bu kənardan baxıldıqda bir qatar görünüşü meydana gətirməkdədir.
Arxa tərəfləri dənizin dibində oturaq vəziyyətdə olsa da bu canlılar, xüsusi oynaqlar
sayəsində qıvrılaraq yuxarı doğru qalxa bilərlər. Trilobit, relslərə ehtiyacı
olmayan bir qatar kimi maneələr üzərində hərəkət edə bilər, bükülə bilər, dilədiyi
tərəfə dönə bilər. (Richard Fortey, Trilobite,
"Eyewitness to Evolution", Vintage Books, 2000, s. 30-31)
Trilobit bu dövrdə ağcaqanadların
və cırcıramaların pətək gözlərinin quruluşuna malikdir. Lupaların sayı, bəzi trilobitlərdə minlərlədir.
Hər bir lupa, fokuslandığı bölgənin görünüşünü qəbul edər. Lupa sayı nə qədər
çox isə, görünüşün dəqiqliyi də o qədər yaxşıdır. Dövrümüzdən yarım milyard il əvvələ aid mükəmməl trilobit gözləri bir yaradılış möcüzəsidir.
Trilobitin gözündəki ən əhəmiyyətli
xüsusiyyətlərdən biri, "kalsit kristalları"dır. Kalsit kristalı yəni
kalsium karbonat, piramidaların, amfitiyatrların və günümüzə qədər çatmış
tarixi sütunların təməl daşıdır və bu canlıda pətək gözləri meydana gətirmişdir. (Richard Fortey, Trilobite, "Eyewitness to Evolution",
Vintage Books, 2000, s. 30-31)