|
95 milyon yaşındakı Pələng Köpəkbalığı qalığı |
|
Pələng Köpəkbalığı |
Fosil
adı: Pələng Köpəkbalığı
Dövr: Təbaşir dövrü
Yaş: 95 milyon il
Bölgə: Livan
Pələng Köpəkbalıqlarının gövdəli və silindr şəklində bir görünüşləri vardır və bu
canlı təxminən 3.5 metr uzunluğundadır. Tək başına yaşayır və bir çox dəniz
heyvanını ovlayır. Hətta digər köpəkbalığı cinslərinə belə hücum edə bilir. Pələng Köpəkbalığı
adını, kürəyindəki tünd rəngli lentlərindən götürmüşdür, yaşlandıqca kürəyindəki
bu lentlər itər. Bu canlının 95 milyon illik qalığına baxıldığında silindr şəklindəki
kəllə ilə üzgəc detalları və skelet quruluşu çox dəqiq bir şəkildə görülməkdədir.
Pələng Köpəkbalığı
qalıqlarının da isbat etdiyi kimi canlılar təkamül keçirməmişdir. Bütün canlıları
Allah yaratmışdır.
Yaşayan qalıqlar,
günümüzdəki nümunələriylə aralarında fərqlilik yoxdur, bu səbəbdən növlərin milyonlarla il boyunca heç
bir təkamül keçirmədiyi gerçəyinə işıq tutan dəlillərdir. Bu cəhətləri
ilə təkamül nəzəriyyəsinə ağır bir zərbə
vurmuşdur.
Bilindiyi kimi təkamül nəzəriyyəsi
"ancaq dəyişən ətraf mühitə uyğunlaşa bilən canlıların həyatda qalacağını, xəyali
bir sıra təsadüfi dəyişmələrin təsiriylə canlıların bu müddətdə başqa canlılara
təkamülləşəcəyini" iddia etməkdədir. Yaşayan qalıqlar isə nəzəriyyənin
"növlərin zaman içində dəyişən şərtlərə görə dəyişiklik keçirəcəyi" iddiasının əsassız bir hekayədən ibarət olduğunu
ortaya qoymaqdadır. Tarixdə yüz milyonlarla il qədimə uzanan, çox qədimdə yaşayan qalıq nümunələri mövcuddur. Təxminən 400
milyon illik olduğu halda heç bir dəyişiklik izi ortaya qoymayan köpək balığı və təkamülçülərin
soyu tükənmiş bir aralıq-keçid canlısı olaraq ortaya atdıqları amma indiki
vaxtda hələ də yaşayan bir dib balığı olduğu aydın olan Selakant kimi canlıların
qalıqları təkamül nəzəriyyəsinin dəyişmə ssenarisini yalanlayan çox təəccüblü
bir vəziyyət yaratmışdır.