Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

11 Şubat 2013 Pazartesi

Somon balığı

somon balığı
Somon balığı

Fosil adı: Somon balığı

Dövr: Təbaşir dövrü

Yaş: 110 milyon il

Bölgə: Braziliya

Şəkildə 110 milyon illik təbaşir dövrünə aid Braziliyada olan somon balığı qalığı görülməkdədir. Paleontologiya elmi milyonlarla il əvvəl yaşayan canlılarla bu gün yaşayan canlı nümunələrinin heç bir dəyişiklik keçirmədiklərini elm dünyasına isbat etmişdir. Yaradılışı isbat edən milyonlarla qalıq artıq elm adamlarının təkamül nəzəriyyəsini müdafiə etmələrini mümkünsüz hala gətirmişdir. Somon balıqları Allah tərəfindən çox xüsusi yaradılmış balıqlardır. Somon növləri yumurtadan çıxar-çıxmaz dənizə doğru hərəkət etməyə başlayır. İt somonları bir neçə həftə bəsləndikdən sonra, Kral və Atlantik somonları isə axar sularda 1 3 il arasında dəyişən inkişaf müddətlərini tamamladıqdan sonra dənizə çıxarlar.

Gənc somon balıqları həyatlarının ilk köçlərində içində olduqları çayda axıntı boyunca irəliləyər; dənizə doğru etdikləri bu səfərdə şəlalələr, çirkli sular və özlərini ovlamaq istəyən böyük balıqlar kimi müxtəlif təhlükələrlə qarşı-qarşıya gəlirlər. Bunları sovuşdurub dənizə çatanlar köçlərini tamamlamış olarlar. Dənizlərdə bir neçə il keçirdikdən sonra yaxşıca inkişaf edib kürü tökmə dövrünə çatanlar heyrət verici yeni bir köçə başlayar. Bu səfərdə ağıllara durğunluq verən ilk gerçək; balığın gedəcəyi yolun uzunluğudur. Açıq dənizlərdə üzən somonların məqsədlərinə çatmaları üçün minlərlə kilometr üzmələri lazımdır. Məsələn, bir it somon balığı payızdakı yumurtlama dövründə, Yukon Çayı boyunca 3.200 kilometrdən çox üzər. Somonlar da digər bütün canlılar kimi Allahdan aldıqları ilhamla hərəkət edərlər və Onun yaradışındakı ehtişamı gözlər önünə sərərlər.