Göyləri və yeri icad edən Allahdır. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Terrorun İdeolji təməli Darvinizmdir

Təkamül nəzəriyyəsinin saxtakarlıqları

"Yaradılış Atlası" adlı nəhəng əsərin Fransada meydana gətirdiyi böyük təsir

Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin dünyada yaratdığı təsir

Təkamülçülərin etirafları haqda filmlər

Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid fosilinə rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid fosili olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

11 Eylül 2013 Çarşamba

Terrorun həlli nədir?

İSLAM TERRORUN MƏNBƏYİ DEYİL, HƏLLİDİR

Xüsusilə, son 20 ildir Qərb dünyasının gündəmində "İslami terror" adlanan bir anlayış vardır. 11 Sentyabr 2001 tarixində Amerika Birləşmiş Ştatlarının iki böyük şəhərinə qarşı təşkil edilən və on minlərcə günahsız insanın ölümünə səbəb olan terrorist hücumlar isə bu anlayışı bir dəfə daha dünya gündəminə oturtmuşdur.

Bir müsəlman olaraq bu hücumları şiddətlə lənətləyir və Amerikan xalqına başsağlığı diləyirik.
Bu hesabatda, lənətlədiyimiz bu vəhşiliyin qaynağının qətiliklə İslam olmadığını, İslamda terrora yer olmadığını araşdıracağıq.

New Yorkdakı günahsız insanları hədəf alan terror hərəkətini şiddətlə qınayırıq

Əvvəlcə bildirilməsi lazım olan ABŞ-a qarşı terror hərəkatını kimin reallaşdırdığı müəyyən olmamasıdır. Bu təcavüzkar hücum çox fərqli qruplaşmaların işi ola bilər. Amerika dəyərlərinə nifrətlə yanaşan kommunist bir təşkilat və ya federal rəhbərliyə qarşı çıxan faşist bir təşkilat da ola bilər. Başqa dövlətlərin daxilindəki gizli bir fraksiyanın əsəri ola bilər. Təyyarəni qaçıran terroristlər müsəlman adları daşısalar belə, kimin tərəfindən hansı məqsəd üçün istifadə edildikləri sualı hələ də qaranlıq qalır.

Əgər terroristlər müsəlman adları daşısalar belə, şəxsiyyətlərində "Müsəlman" yazırsa belə, törətdikləri cinayətlərə "İslam terroru" deyilməz. Əgər Xristian olsalar, "Xristian terroru" və ya Yəhudi olsalar "Yəhudi terroru" adlanmadığı kimi. Çünki, din adına günahsız insanların öldürülməsi mümkün deyil. Unutmamaq lazımdır ki, New Yorkda və ya Washintgonda öldürülən insanlar arasında, Hz. İsanı sevənlər (Xristianlar), Hz. Musanı sevənlər (Yəhudilər) və Müsəlmanlar da vardır. Bu günahsız insanları öldürmək, Allahın diləməsi ilə cəhənnəm əzabı ilə nəticələnəcək olan böyük bir günahdır. Dinə inanan, Allah qorxusu olan bir insan belə bir şey edə bilməz.
Belə bir vəhşiliyin səbəbkarları bunu ancaq dinə hücum etmək məqsədi ilə edə bilərlər. Dini insanların gözündə alçatmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və reaksiya meydana gətirmək məqsədi ilə edə bilərlər. Bunlara görə, Amerika vətəndaşlarına və ya başqa günahsız insanlara qarşı "din" adı altında törədilən hər hücum, əslində dinə qarşı da törədilmiş bir hücumdur.

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin ziddidir; mərhəmətsizdir, qan tökmək, öldürmək, işgəncə vermək istəyir. Bu səbəbdən, bir terror hərəkatına günahkar axtararkən qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini, faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terroristçilərin hansı adı daşıdığı, şəxsiyyətlərində nə yazıldığı əhəmiyyətli deyil. Günahsız insanları göz qırpmadan öldürürsə, dindar deyil, dinsizdir. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və əzab vermək olan bir canidir. Bu səbəblə, "İslami terror" öz içində ziddiyyətli və son dərəcə səhv bir anlayışdır. Çünki, İslam dinində heç bir formada terrora yer yoxdur. Əksinə, İslama görə "terror" olaraq adlandırdığımız hərəkətlər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər), böyük bir cinayətdir və müsəlmanlar bu hərəkətlərə mane törətmək, yer üzünə barış, hüzur və ədalət gətirməklə məsuldurlar.

Quran Əxlaqı Yaxşılıq, Ədalət Və Barışa Çağırır

Terrorun ən ümumi mənası silahsız insanlara qarşı siyasi məqsədlə şiddət tətbiq olunmasıdır. Bir başqa ifadə ilə, terrorun hədəfləri tamamilə günahsız olan insanlardır. Tək günahları, terroristin gözündə "o biri tərəf" olmaqdır. Bu səbəblə, terror günahsız insanlara qarşı şiddət tətbiq olunması mənasına gəlir və bunun heç bir əxlaqi bəhanəsi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, "insanlığa qarşı işlənmiş cinayət" dir.

Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi bir kitabdır və Allah bu kitabda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın təməlində isə sevgi, şəfqət, xoşgörüş və mərhəmət kimi anlayışlar durur. Allah bütün insanları, yer üzündə mərhəmətin, şəfqətin, tolerantlığın və barışın yaşana biləcəyi model olaraq İslam əxlaqına çağırır:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Quran əxlaqına görə, bir müsəlman qarşısındakı insan istəyir müsəlman olsun və ya olmasın, bütün digər insanlara qarşı yaxşı və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və "yer üzündə fitnənin qarşısını almaqla" məsuliyyət daşıyır. Təxribatçılıq, yer üzündə insanların təhlükəsizlik, barış və dincliyini ortadan qaldıran hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulduğu kimi “Allah isə fitnə-fəsadı sevmir.” (Bəqərə surəsi, 205)

Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə nümunələrindən biridir. Allah, daha əvvəl Tövratda yəhudilər üçün vermiş olduğu bir hökmü Quranda da təkrar bu şəkildə açıqlayır:
“...İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...”(Maidə surəsi, 32)

Göründüyü kimi, bir insanı yer üzündə başqa bir insanı “öldürməyən və ya yer üzündə fəsad törətməyən " öldürərsə, bütün insanları öldürmüş qədər böyük bir cinayət törətməkdədir.

Bu vəziyyətdə, terroristlərin törətdikləri cinayət, qırğın və gündəmdəki adı ilə "intihar hücumları"nın nə qədər böyük bir cinayət olduğu açıqdır. Allah terrorizmin bu zalım üzünün axirətdəki qarşılığını belə bildirir:
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)

Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror təşkil etmək, İslama tamamilə zidd bir hərəkətdir və heç bir müsəlman belə bir cinayət işləyə bilməz. Əksinə, müsəlmanlar bu cinayətləri işləyən insanların qarşısını almaqla, "yer üzündəki fitnəni" ortadan qaldırmaq və bütün insanlara hüzur və təhlükəsizlik gətirməklə məsuldurlar. Müsəlmanlıq terrorla birlikdə düşünülə bilməz, əksinə terrorun mane törədicisi və həllidir.
Yaxşı o halda, son illərdə tez-tez qarşımıza çıxan "İslami terror" anlayışı haradan çıxmışdır?

Bura qədər araşdırmalarımızdan aydın olduğu kimi, "İslami" bir terror ola bilməz. Necə ki haqqında danışılan terroru tətbiq edən şəxsləri araşdırdığımızda, bu terrorun dini deyil, ictimai bir fakt olduğu açıqca görə bilirik.


Terrorizmin Əsl Qaynağı: Üçüncü Dünya Fanatizmi

Bura qədər göstərdiyimiz tarixi nümunələr, sözdə "İslami terror" olaraq adlandırılan və son dövrdə dünya gündəminə oturan faktı anlamaq baxımından olduqca işıqlandırıcıdır. Çünki, bu gün də İslam adına ortaya çıxaraq terror tətbiq edənlər və ya bunu dəstəkləyənlər İslam dünyasındakı kiçik bir azlığı təmsil edirlər-İslamdan deyil "bədəvi xarakteri"ndən yola çıxırlar. İslamın özünü heç bir şəkildə anlamamaqda, bir barış, hüzur və ədalət dini olan İslamı, öz ictimai və mədəni xüsusiyyətlərindən qaynaqlanan barbarlığa alət etməyə çalışırlar. Bu barbarlığın qaynağı isə, "Üçüncü Dünya Fanatizmi" olaraq adlandıra biləcəyimiz insan sevgisindən nəsibini almayan kəslərin ağılsızlıqlarıdır.

Bu bir həqiqətdir ki, son bir neçə əsrdir İslam dünyasının dörd bir tərəfindəki müsəlmanlar Qərbli güclər və ya onların təmsilçiləri tərəfindən zülmə uğradılmışdır. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn, İsrail) və ya Qərb tərəfindən dəstəklənilən yerli təzyiqçi rejimlər, müsəlman kütlələrə böyük əzablar yaşatmışdır. Amma bu, müsəlmanların Qurana görə anlaması, şərh etməsi və reaksiya verməsi lazım olan bir vəziyyətdir. Quranda heç bir zaman "zülmə qarşı zülm" tətbiq olunmasına icazə verilməz. Əksinə, Allah ayələrində müsəlmanlara "pisliyə qarşı yaxşılıqla cavab vermələrini" əmr edər:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Müsəlmanların, özlərinə qarşı tətbiq olunan zülmə qarşı, əlbəttə, reaksiya verməsi, bunu tətbiq edənlərə qarşılıq verməsi qanuni bir haqqdır. Amma, bu heç bir zaman gözü bağlı bir nifrətə, ədalətsiz bir hüsumətə səbəb olmamalıdır. Allah, bu mövzuda Müsəlmanları "... bir camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun” deyərək xəbərdar edir. (Maidə Surəsi, 2)

Bu səbəbdən, "dünyadakı məzlum millətlərin nümayəndəliyi" iddiası ilə ortaya çıxaraq digər millətlərin günahsız insanlarına qarşı terror hərəkatının İslamla heç bir əlaqəsi ola bilməz.

Burada ifadə edilməli bir başqa xüsus, Qərbli güclərin müsəlmanlara qarşı yuxarıda sözünü etdiyimiz zülm və təzyiqlərinin, Qərbin bütününün deyil, bu mədəniyyətə 19. əsrdə hakim olan materialist, dinsiz fəlsəfə və ideologiyaların günahkar olduğudur. Avropa müstəmləkəçiliyi, Xristian əxlaqından doğulmamışdır, əksinə bu əxlaqa qarşı çıxan dinsiz axından doğulmuş və ən böyük vəhşiliklərini 19. əsrdəki İctimai Darvinist ideologiyanın dəstəyi ilə reallaşdırmışdır. Bu gün də Qərb dünyasının içində hələ də zalım, təxribatçı, qarşıdurmaçı ünsürlər olduğu kimi, xüsusilə Xristianlıqdan qaynaqlanan sülhsevər, xeyirxah və ədalət tərəfdarı bir mədəniyyət də vardır. Əslində dünya üzərindəki təməl fikir ayrılığı Qərb və İslam dünyası arasında deyil, həm Qərbdə həm də İslam dünyasında dindarlar ilə din əleyhdarları (materialistlər, ateistlər, Darvinistlər v s.) arasındadır.

1970-ci illərdə kommunist ideologiya adına ortaya çıxan Üçüncü Dünya terrorizmi, indiki vaxtda da dini anlayışları istifadə etməyə çalışırlar.
Üçüncü Dünya fanatizminin İslamla heç bir əlaqəsi olmadığının digər bir göstəricisi, bu fanatizmin yaxın zamana qədər kommunist ideologiya ilə əlaqələnmiş olmasıdır. Bilindiyi kimi, günümüzdəki Qərb əleyhdarı terror hərəkətlərinin bənzərləri 1960 və 70-ci illərdə də Sovetlər Birliyindən dəstək alan kommunist təşkilatlar tərəfindən reallaşdırılmışdır. Kommunist ideologiyanın təsirini itirməsiylə birlikdə, haqqında danışılan təşkilatları doğuran ictimai strukturların bir qisimi İslamı istifadə etməyə çalışırlar. Köhnə kommunist ifadələrinə İslami bəzi anlayışlar və simvollar qataraq meydana gətirmək istədikləri bu "din adına bürünmüş vəhşilik" həqiqətdə İslamın əsasını təşkil edən əxlaqi dəyərlərə tamamilə zidddir.

Bu mövzuda qeyd edilməsi lazım olan son bir xüsus da, İslamın hər hansı bir millətə və ya coğrafiyaya aid olmadığıdır. İslam, kimilərinin sandığı kimi "Şərq mədəniyyəti" deyil. Allahın insanlara yol göstərici olaraq endirdiyi son dindir və bütün insanlığa xitab etməkdədir. Müsəlmanlar, inandıqları haqq dini hər mədəniyyətdən hər millətə izah etmək, tanıtmaq və onların ürəklərini İslama istiləndirməklə məsuliyyət daşıyırlar.

Bu səbəbdən, İslam adına ortaya çıxaraq terror tətbiq edən, təzyiqçi rejimlər meydana gətirən, dünyanı gözəlləşdirmək yerinə çirkinləşdirən adam və qruplara qarşı tək bir çıxış yolu vardır: Həqiqi İslamın ortaya qoyulması, izah edilməsi, kütlələr tərəfindən başa düşülməsi və yaşanmasıdır.

Nəticə: Qərb Dünyası Üçün Təkliflər

Bu gün Qərb dünyası İslam adı altında ortaya çıxaraq terrora əl atan təşkilatlardan yana narahatdır və bu narahatlıq yersiz deyil. Terroru reallaşdıran və buna dəstək olan bütün şəxslərin beynəlxalq hüquq və ədalət qarşısında cəzalandırılması lazım olduğu da açıqdır. Ancaq, bundan daha vacib olan bu problemin həlli üçün hansı uzun müddətli strategiyaların izlənilməsi lazım olduğudur.

Bura qədər apardığımız qiymətləndirmə, terrorun İslamda heç bir yeri olmayan bir insanlıq cinayəti olduğunu göstərir, "İslami terror" anlayışının yalnışlığını ortaya qoyur. Bu isə bizi aşağıdakı mühüm nəticələrə aparır:

1) Qərb dünyası, xüsusilə ABŞ, əlbəttə terrora qarşı tədbirləri alacaq və bunda haqlıdır. Amma bunun İslama və müsəlmanlara qarşı bir döyüş olmadığını, əksinə İslamın faydasına bir tədbir olduğunu çox açıq bir şəkildə ortaya qoymalıdır. "Mədəniyyətlər Qarşıdurması" adı ilə 90-cı illərdə ortaya atılan təhlükəli ssenarinin, hər nə bahasına olsa da, qarşısı alınmalıdır.

2) Sevgi, dostluq, barış və qardaşlıq dini olan "Gerçək İslam"ın inkişafı və İslam cəmiyyətləri tərəfindən başa düşülməsi dəstəklənilməlidir. İslam ölkələrindəki radikal fraksiyalara qarşı istifadə ediləcək həll "zorakı dünyəviləşdirmə" deyil, əksinə belə bir siyasət kütlələri daha çox üsyana yönəldəcək. Həll, gerçək İslamın başa düşülməsi; insan haqqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, sənət, estetik kimi Quran anlayışları mənimsəmiş, insanlığa xoşbəxtlik və həyata sevinci təqdim edən bir müsəlman modelinin yayılmasıdır.

3) Terrorun qaynağı cəhalət və fanatizmdir və bunun həlli də təhsildir. Terrora simpatiyası olan insanlara, bunun İslama tamamilə zidd olduğu, əksinə bu şəkildə İslama, müsəlmanlara və bütün insanlığa zərər vermiş olacaqları izah edilməli, bu insanlıqdan kənar barbarlıqdan təmizlənilmələri öyrədilməlidirlər. Amerika Birləşmiş Dövlətlərinin bu istiqamətdəki bir təhsil siyasətini dəstəkləməsi çox müsbət nəticəsini verəcək.

Ümid edirik ki, bu kimi tədbirlər dünyanın terrorizmdən və bütün digər fanatik, qatı, vəhşi quruplaşmalardan xilas olmasına köməkçi olacaq. Özünü "Allahın mərhəməti altında bir xalq" olaraq adlandıran Amerika, təmsil etdiyi Xristian mədəniyyəti ilə həqiqətdə müsəlmanların dostudur. Allah Quranda bu gerçəyə diqqət çəkərək xristianların "insanlar içində iman edənlərə sevgi baxımından ən yaxın olanlar" olduğunu xəbər verməkdədir. (Maidə Surəsi, 82)

Tarixdə bir sıra cahillər (məsələn, xaçlılar) bu həqiqəti anlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olmuşdular. Eyni ssenarinin təkrarlanmaması üçün əsl xristianların və müsəlmanların əməkdaşlıq etməsi lazımdır.